...

ABŞ-ın dövlət katibi Kondoliza Rays Dağlıq Qarabağ münaqişəsinin yaxın gələcəkdə nizamlanacağına əmin deyil

Ermənistan-Azərbaycan münaqişəsi Materials 13 Mart 2008 11:08 (UTC +04:00)
ABŞ-ın dövlət katibi Kondoliza Rays Dağlıq Qarabağ münaqişəsinin yaxın gələcəkdə nizamlanacağına əmin deyil

ABŞ-ın dövlət katibi Kondoliza Rays Dağlıq Qarabağ münaqişəsinin yaxın gələcəkdə nizamlanacağına əmin deyil. İTAR-TASS -ın verdiyi xəbərə görə, bu barədə o, çərşənbə günü ABŞ Konqresinin Nümayəndələr Palatasının Maliyyə Komitəsinin dinləmələrində çıxış edərkən bildirib.

"Mən Dağlıq Qarabağdakı münaqişənin yaxın gələcəkdə nizamlanacağına əmin deyiləm" - deyə Amerikanın xarici işlər naziri bildirib.

Onun sözlərinə görə, tərəflər bir neçə dəfə məsələnin həllinə yaxın olub, lakin bu səylər təəssüf ki, uğurla nəticələnməyib. "Biz səylərimizi davam etdirəcəyik (nizamlanmaya nail olana qədər), lakin mən qeyd etməliyəm ki, bizim hər iki tərəflə problemlərimiz var" - deyə Rays bildirib.

"Biz tərəflərin həm ictimai bəyanatlar planında, həm də daxili siyasət planlarında özlərini məsuliyyətli aparmalarına nail olmağa cəhd göstəririk" - deyən dövlət katibi etiraf edib ki, ritorik çıxışlar rəsmi Vaşinqtonun regionla bağlı "ciddi narahatlığına" səbəb olur. Rays əlavə edib ki, Administrasiya hər iki tərəfi münaqişənin nizamlanmasına yönəltmək üçün onlarla qarşılıqlı fəaliyyət üzrə "açıq kanallar"ın saxlanılmasından başqa çıxış yolu görmür.

Xəbər lenti

Xəbər lenti