...

Ermənistan yeni respublikaların tanınması məsələsinə ehtiyatla yanaşır - XİN rəhbəri

Ermənistan-Azərbaycan münaqişəsi Materials 12 Sentyabr 2008 23:04 (UTC +04:00)
Ermənistan yeni respublikaların tanınması məsələsinə ehtiyatla yanaşır - XİN rəhbəri

Gürcüstan, Tbilisi, 12 sentyabr / Trend , müxbir N.Kirtsxaliya/ Dağlıq Qarabağ problemi olan Ermənistan müstəqilliklərini elan edən respublikaların tanınmasına dair məsələyə məsuliyyətlə yanaşır. Bu barədə cümə günü Tbilisidə Ermənistanın xarici işlər naziri Edvard Nalbəndyan bildirib.

"Biz Dağlıq Qarabağın gələcək taleyi ilə bağlı azərbaycanlı dostlarımızla üç prinsip əsasında səmərəli danışıqlar aparırıq", - deyə o bildirib və qeyd edib ki, Ermənistan "son dərəcə ehtiyatlı və prinsipial" mövqedən çıxış edərək "DQR"i tanımayıb.

Bununla yanaşı o qeyd edib ki, Ermənistan tanınma məsələsinə olduqca ehtiyatla yanaşır, Yerevanın bugünədək Kosovonun müstəqilliyini tanımaması bundan xəbər verir. "Düşünürəm ki, hamı bizim yanaşmanın nə üçün bu dərəcədə ehtiyatlı olmasını dərk edəcək və hesab edirəm ki, belə məsələlərin nizamlanması barədə açıq danışmağa ehtiyac yoxdur", - deyə o, Abxaziya və Cənubi Osetiyanın tanınması mümkünlüyünə dair suala cavab verərkən bildirib.

Nalbəndyan qeyd edib ki, cümə günü axşam Gürcüstanın xarici işlər naziri Yekaterina Tkeşelaşvili ilə görüşdə Dağlıq Qarabağ probleminin nizamlanması ətrafında aparılan son danışıqlarla bağlı həmkarına bilgi verib. "Biz Türkiyə -Ermənistan münasibətlərini də müzakirə etdik", -deyə o bildirib.

Ermənistanın XİN rəhbəri bildirib ki, Ermənistan prezidenti Serj Sarkisyan yaxın günlərdə Tbilisiyə ilk səfərini edəcək.

Tkeşelaşvili öz növbəsində bəyan edib ki, "tərəfdaşlarına ziyan gətirə biləcək addımların atılmaması üçün hər şey edib və edir. "Gürcüstanın Rusiyanın hərbi təcavüzü nəticəsində qonşularımıza dəyən ziyanın minimuma endirilməsi üçün göstərdiyi cəhd məhz bununla izah olunur", - deyə o bildirib.

Xəbər lenti

Xəbər lenti