...

Azərbaycan Müdafiə Nazirliyi: Ermənistan Silahlı Qüvvələrinin bölmələri növbəti dəfə atəşkəs rejimini pozublar

Ermənistan-Azərbaycan münaqişəsi Materials 2 Oktyabr 2008 10:52 (UTC +04:00)

Azərbaycan, Bakı, 02 oktyabr / Trend , müxbir E.Hüseynli/ Ermənistan Silahlı Qüvvələrinin bölmələri oktyabrın 1-də saat 14.50-dən 15.00-dək, oktyabrın 2-də saat 05.10-dan 05.40-dək və 06.10-dan 06.30-dək Tərtər rayonunun Göyarx, Qızıl Oba və Çaylı kəndləri yaxınlığında yerləşən mövqelərdən, saat 21.15-dən 21.45-dək Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi yaxınlığında yerləşən mövqelərdən, oktyabrın 2-də saat 02.00-dan 02.22-dək Ağdam rayonunun Yusifcanlı və Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Bu barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bütün hallarda düşmən cavab atəşilə susdurulub.

İtki yoxdur.

Xəbər lenti

Xəbər lenti