...

Azərbaycan və Ermənistan Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına hələ də müxtəlif cür yanaşır – Prezident Aparatının şöbə müdiri

Ermənistan-Azərbaycan münaqişəsi Materials 4 Fevral 2009 16:20 (UTC +04:00)
Azərbaycan və Ermənistan Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına hələ də müxtəlif cür yanaşır – Prezident Aparatının şöbə müdiri

Azərbaycan, Bakı, 04 fevral/ Trend , müxbir E.Rüstəmov/ Azərbaycan və Ermənistan Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına hələ də müxtəlif cür yanaşır.

"Sürixdə Azərbaycan və Ermənistan prezidentlərinin son danışıqları göstərdi ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsində irəliləyişin əldə olunmasına baxmayaraq, tərəflər münaqişənin həllinə hələ də müxtəlif nəzərlərdən baxırlar", -deyə çərşənbə günü Trend -a Azərbaycan Prezidentinin İcra Aparatının Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri Novruz Məmmədov bildirib.

Yanvarın 28-də Sürixdə Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyanın Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması üzrə görüşü baş tutub.

İki Cənubi Qafqaz ölkəsiarasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının 20%-i, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri, ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə, hələ də nəticəsiz, sülh danışıqları aparılır.

Məmmədovun sözlərinə görə, görüşün nəticələri ondan xəbər verir ki, danışıqlar prosesi davam etdirilməlidir, bu, münaqişənin həlli üçün vacidir. Şöbə müdiri hesab edir ki, münaqişənin nizamlanması məsələsində ciddi irəliləyişlər barədə danışmaq hələ tezdir.

ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Metyu Brayza iki ölkə liderinin görüşünün yekunu üzrə Sürixdən telefonla Trend -a bildirib ki, Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyan baza prinsiplərinin bəzi elementləri üzrə qarşılıqlı anlaşmada irəliləyiş əldə ediblər.

"Prezidentlərin görüşü müsbət və konstruktiv oldu, prezidentlər baza prinsiplərinin bəzi elementləri üzrə qarşılıqlı anlaşmada irəliləyiş əldə ediblər və bir neçə digər məsələ üzrə mövqelərində fikir ayrılıqlarını azaldıblar", -deyə Brayza vurğulayıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]

Xəbər lenti

Xəbər lenti