...

Ermənilərin sülhə və insanlığa qarşı törətdiyi cinayətlər haqqında film

Ermənistan-Azərbaycan münaqişəsi Materials 16 Fevral 2010 15:16 (UTC +04:00)
“Sözün bitdiyi zaman“adlı sənədli film ermənilərin törətdiyi cinayətlərdən bəhs edir və Dağlıq Qarabağ münaqişəsinin reallıqlarını özündə əks edir.

"Sözün bitdiyi zaman" adlı sənədli film ermənilərin törətdiyi cinayətlərdən bəhs edir və Dağlıq Qarabağ münaqişəsinin reallıqlarını özündə əks edir.

Filmdə, ilk növbədə, ermənilərin uzun illər boyu azərbaycanlılara qarşı törətdiyi soyqırım siyasətinin tarixi xronologiyası təqdim olunub. Eyni zamanda, erməni vandalizminin son mərhələsi olan Dağlıq Qarabağın işğalı zamanı törədilən vəhşiliklər barədə məlumat verilib, erməni vəhşilklərinin şahidləri danışdırılıb.

Ermənilərin sülh və insanlığa qarşı törətdiyi cinayətlərin dünyaya çatdırılması üçün film rus və ingilis dillərində də hazırlanıb.

Sənədli film "Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu"nun layihəsi çərçivəsində Trend Xəbərlər Şirkəti tərəfindən hazırlanıb.

Filmin məqsədi ermənilər tərəfindən xalqımıza qarşı aparılan soyqırım siyasətini və Azərbaycanın haqq səsini dünya ictimaiyyətinin diqqətinə çatdırmaqdır.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır.

Video Player

Xəbər lenti

Xəbər lenti