...

Rusiya təhsil ocağının Xankəndinin universiteti ilə "əməkdaşlıq müqavilələri"nin bağlanması barədə yayılan məlumatlar təkzib edilib - XİN

Ermənistan-Azərbaycan münaqişəsi Materials 28 Oktyabr 2010 12:03 (UTC +04:00)
Rusiya təhsil ocağının Xankəndinin "Mesrop Maştots universiteti" ilə "əməkdaşlıq müqavilələri"nin bağlanması barədə yayılan məlumatlar təkzib edilib.
Rusiya təhsil ocağının Xankəndinin universiteti ilə "əməkdaşlıq müqavilələri"nin bağlanması barədə yayılan məlumatlar təkzib edilib - XİN

Azərbaycan, Bakı, 28 oktyabr /Trend, müxbir T.Hacıyev/

Rusiya təhsil ocağının Xankəndinin "Mesrop Maştots universiteti" ilə "əməkdaşlıq müqavilələri"nin bağlanması barədə yayılan məlumatlar təkzib edilib.

Azərbaycan Respublikasının Rusiyadakı Səfirliyindən daxil olan məlumata əsasən, bir müddət əvvəl erməni mətbuatında Xankəndidəki "Mesrop Maştots universiteti" və Rusiyanın təhsil ocaqları arasında "əməkdaşlıq müqavilələri"nin imzalanması barədə yayılan məlumatlarla əlaqədar Səfirliyimiz tərəfindən Rusiyanın Samara vilayətindəki Tolyatti Dövlət Universitetinə (TDU) müvafiq məktub göndərilib, - məlumatı cümə axşamı XİN-in mətbuat xidməti yayıb.

Səfirliyimizə ünvanlanan cavab məktubunda TDU-nun rektoru Mixail Kriştalın başçılıq etdiyi universitetin Xankəndidəki qeyri-qanuni "Mesrop Maştots universiteti" və ya Azərbaycanın işğal olunmuş torpaqlarında digər qurum ilə heç bir müqavilənin bağlanmadığını və bağlanması planlaşdırılmadığı bildirilərək, erməni KİV-in yaydığı məlumatın TDU-nun prorektoru A.K.Abramyana məxsus bəzi ifadələrin qeyri-korrekt istifadə edilməsinə arxalandığı və gerçək vəziyyəti əks etdirmədiyi qeyd olunub.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan silahlı qüvvələrinin işğalı altındadır.

1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti