...

BQXK-nın Ermənistan nümayəndəliyi azərbaycanlı əsirə baş çəkib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 18 Aprel 2011 11:53 (UTC +04:00)
Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Ermənistan nümayəndəliyi azərbaycanlı əsirə baş çəkib.
BQXK-nın Ermənistan nümayəndəliyi azərbaycanlı əsirə baş çəkib

Azərbaycan, Bakı, 18 aprel /Trend, müxbir K.Zərbalıyeva/

Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Ermənistan nümayəndəliyi azərbaycanlı əsirə baş çəkib.

BQXK-nın Bakı ofisindən Trend-ə verilən məlumata görə, Komitənin əməkdaşları Ermənistanda saxlanılan hərbi əsir Roman Hüseynova baş çəkib, onun saxlanma şəraiti, səhhəti ilə bağlı monitorinq aparıblar.

Hərbi əsirin ailəsinə yazdığı məktub BQXK-nın Azərbaycandakı nümayəndəliyinə göndərilib.

Əsirin məktubu ailəsinə təqdim edilib.

Ermənistanın silahlı qüvvələri tərəfindən 27 avqust 2010-cu il tarixdə Azərbaycan Ordusunun kiçik çavuşu Roman Hüseynov əsir götürülüb.

Martın 17-də Azərbaycan və Ermənistan əsir və mülki şəxsin mübadiləsini həyata keçirib. BQXK-nın vasitəçiliyi ilə Azərbaycan erməni tərəfə mülki şəxs Artur Badalyanı təhvil verib. Əsirlikdə olan azərbaycanlı hərbi qulluqçu Anar Hacıyev isə Azərbaycana qaytarılıb.

Kiçik çavuş Anar Hacıyev 10 may 2009-cu il tarixdə əsir götürülmüşdü.

Hacıyev barəsində Milli Təhlükəsizlik Nazirliyi tərəfindən Cinayət Məcəlləsinin dövlətə xəyanət (274-cü) maddəsi ilə cinayət işi başlanıb, barəsində həbs qətimkan tədbiri seçilib.

Xəbər lenti

Xəbər lenti