...

Ermənistanın dəyərlərin yenidən qiymətləndirilməsini aparması vacibdir - Azərbaycan XİN

Ermənistan-Azərbaycan münaqişəsi Materials 19 İyul 2011 12:20 (UTC +04:00)
Ermənistanın dəyərlərin yenidən qiymətləndirilməsini aparması vacibdir. Azərbaycanın xarici işlər nazirinin müavini Araz Əzimov belə hesab edir.
Ermənistanın dəyərlərin yenidən qiymətləndirilməsini aparması vacibdir - Azərbaycan XİN

Azərbaycan, Bakı, 19 iyul /Trend/

Ermənistanın dəyərlərin yenidən qiymətləndirilməsini aparması vacibdir. Azərbaycanın xarici işlər nazirinin müavini Araz Əzimov belə hesab edir.

"Azərbaycanın Qarabağ regionu üzərində suveren nəzarətinin tam bərpası kimi aydın ifadə edilə biləcək maksimal mövqeyi var. Sadəcə Azərbaycanın ərazi bütövlüyünün bərpası deyil, məhz bu ərazi üzərində vertikal suveren nəzarət yaradılması və orada yaşayan əhalinin idarə edilməsi", - Trend-in məlumatına görə, Azərbaycanın xarici işlər nazirinin müavini Araz Əzimov "Exo Moskvı" radiostansiyasına müsahibəsində bildirib.

Onun sözlərinə görə, Azərbaycan bu körpünün ortasına doğru addım atıb və bəyan edib ki, Azərbaycan Respublikasının tərkibində Qarabağ regionu əhalisi üçün müxtəlif özünüidarəetmə metodlarını nəzərdə tutaraq çeviklik göstərməyə hazırdır.

"Biz buna hazırıq. Və biz körpünün otrasına gəlib çatmışıq. Ermənistanın isə ekstremal mövqeyi var - Qarabağın Azərbaycandan ayrılması, onlar bunu gizlətmirlər və həmişə müstəqillik haqqında danışırlar", - nazir müavini qeyd edib.

Onun sözlərinə görə, digər tərəfdən Ermənistanın hazırda danışıqlar prosesinə daxil etməyə çalışdığı həmin mövqe Azərbaycanın və onun tərkibində Qarabağın ərazi bütövlüyünün saxlanmasına, yenidən inteqrasiyaya deyil, dezinteqrasiyaya yönəlib. Ermənistan Prezidentinin son vaxtlar azərbaycanıların Qarabağa qayıtmayacaqları və sairə barədə danışmağa başlaması məhz bundan xəbər verir.

Əzimov hesab edir ki, ona görə də azərbaycanlıların Qarabağda olması regionun demoqrafiyasının bərpasıdır, regiondakı iki icmanın bərabərliyinin bərpasıdır və Azərbaycan üçün bu, həmin regionun həyatında, onun bərpasında iştirakda obyektiv amildir.

"Əgər biz görsək ki, dəhlizlə (Laçın dəhlizi nəzərdə tutulur) mürəkkəb gözlənilməz dəyişikliklər gedir və dəhliz adı altında çox geniş parametrləri nəzərdə tutan erməni tərəfi bu ərazilər üzərində birtərəfli, həm də hərbi nəzarətə sərt şəkildə israr edirlər, o zaman erməni tərəfinin ayrılmağa çalışdığına bizdə şübhə qalmır", - Əzimov bildirib.

"İstərdik ki, onlar hər halda dəyərlərin yenidən qiymətləndirilməsini aparsınlar və bu gün nə qazandıqları, nə itirdikləri və gələcəkdə belə hərəkətlərlə nə əldə edəcəkləri barədə düşünsünlər", - Azərbaycanın xarici işlər nazirinin müavini deyib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti