...

Əli Laricani: Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ərazi bütövlüyü prinsipi çərçivəsində olmalıdır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 12 Yanvar 2012 13:01 (UTC +04:00)
Dağlıq Qarabağ münaqişəsi ərazi bütövlüyü prinsipi çərçivəsində və beynəlxalq hüquq normalarına əməl olunmaqla nizamlanmalıdır.
Əli Laricani: Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ərazi bütövlüyü prinsipi çərçivəsində olmalıdır

Azərbaycan, Bakı, 11 yanvar / Trend müxbir E.Tariverdiyeva/

Dağlıq Qarabağ münaqişəsi ərazi bütövlüyü prinsipi çərçivəsində və beynəlxalq hüquq normalarına əməl olunmaqla nizamlanmalıdır. Bunu İran parlamentinin sədri Əli Laricani Türkiyəyə səfəri çərçivəsində Anadolu agentliyinə müsahibəsində deyib. Trend-in məlumatına görə, bu barədə İRNA xəbər verib.

"Türkiyə və İran müsəlman və dost dövlətlərdir. Ona görə də regional problemlərin həlli üzərində onların birgə işi vacibdir", - Laricani bildirib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

Xəbər lenti

Xəbər lenti