...

Azərbaycanda mayda 300-dən çox PHS tapılaraq zərərsizləşdirilib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 8 İyun 2012 10:32 (UTC +04:00)
Bu ilin may ayı ərzində Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) tərəfindən 384 partlamamış hərbi sursat (PHS), 29 ədəd piyada və 8 ədəd tank əleyhinə mina aşkar edilərək zərərsizləşdirilib.
Azərbaycanda mayda 300-dən çox PHS tapılaraq zərərsizləşdirilib

Azərbaycan, Bakı, 8 iyun /Trend/

Bu ilin may ayı ərzində Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) tərəfindən 384 partlamamış hərbi sursat (PHS), 29 ədəd piyada və 8 ədəd tank əleyhinə mina aşkar edilərək zərərsizləşdirilib. Bu barədə Trend-ə ANAMA-nın mətbuat xidmətindən məlumat verilib.

2012-ci ilin may ayı ərzində 2,744,840 kvadrat metr ərazi yoxlanılıb, mina və PHS-dən təmizlənib.

Əməliyyatlarda 484 nəfər minaaxtaran mütəxəssis və 118 nəfər yardımçı heyət iştirak edir. Həmçinin əməliyyatlarda 6 mexaniki minatəmizləmə maşını və 36 minaaxtaran it iştirak edir.

İndiyədək cəmi 192,992,811 kvadrat metr ərazi təmizlənib. Tapılıb zərərsizləşdirilmiş mina və PHS-lərin sayı 671,788-dir.

Agentlik tərəfindən təmizləmə əməliyyatları Ağdam, Ağcabədi, Ağstafa, , Füzuli, Gəncə, Gədəbəy, Göygöl, Tərtər və Abşeron rayonu Kirdağ Palçıq Vulkanları ərazisində, eyni zamanda Bakı şəhəri, Qaradağ rayonu Güzdək qəsəbəsində davam etdirilir.

2012-ci ilin may ayı ərzində 1 mina/PHS hadisəsi qeydə alınıb.

Xəbər lenti

Xəbər lenti