...

Türkiyə bundan sonra da Dağlıq Qarabağ məsələsində Azərbaycanın haqlı mövqeyini dəstəkləyəcək - səfir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 31 Oktyabr 2012 20:17 (UTC +04:00)
Türkiyə bundan sonra da Dağlıq Qarabağ məsələsində Azərbaycanın haqlı mövqeyini dəstəkləyəcək.
Türkiyə bundan sonra da Dağlıq Qarabağ məsələsində Azərbaycanın haqlı mövqeyini dəstəkləyəcək - səfir

Azərbaycan, Bakı, 31 oktyabr /Trend, müxbir R.Hafizoğlu/

Türkiyə bundan sonra da Dağlıq Qarabağ məsələsində Azərbaycanın haqlı mövqeyini dəstəkləyəcək. Trend-in məlumatına görə, bunu çərşənbə günü jurnalistlərə Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşqun deyib.

Səfir qeyd edib ki, Azərbaycan-Türkiyə qardaşlıq əlaqələri sadəcə siyasi müstəvidə deyil, eyni zamanda iqtisadi müstəvidə öz əksini tapıb. Buna misal olaraq, Azərbaycan və Türkiyənin regionda həyata keçirdiyi ortaq iqtisadi layihələri göstərmək olar.

Onun sözlərinə görə, Türkiyə güclü demokratiyası, siyasəti və iqtisadiyyatı ilə bölgədə sabitliyin möhkəmlənməsinə xidmət edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti