...

Azərbaycan XİN: Həmsədrlər Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının ölü nöqtədən irəliləməsi üçün səy göstərirlər (ƏLAVƏ OLUNUB)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 27 Noyabr 2012 18:31 (UTC +04:00)
ATƏT-in Minsk qrupunun həmsədrləri Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının ölü nöqtədən irəliləməsi üçün səy göstərirlər.
Azərbaycan XİN: Həmsədrlər Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının ölü nöqtədən irəliləməsi üçün səy göstərirlər (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 27 noyabr /Trend, müxbir M.Əliyev/

ATƏT-in Minsk qrupunun həmsədrləri Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının ölü nöqtədən irəliləməsi üçün səy göstərirlər. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı jurnalistlərə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov həmsədrlərin səfərini şərh edərkən deyib.

"Təəssüf ki, həmsədrlərin Yerevana son səfərinin nəticələri müsbət danışmağa əsas vermir. Ermənistan "nə bir qarış torpaq, nə bir addım geri" prinsipindən imtina etməlidir. Status-kvo dəyişməlidir. Münaqişənin nizamlanmaması hadisələrin inkişafını arzuolunmaz məcraya yönəldə bilər", - nazir bildirib.

Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə təkliflər artıq hamıya yaxşı məlumdur və ATƏT-in Minsk qrupunun həmsədr ölkələri tərəfindən səsləndirilib və təsdiq edilib.

"Azərbaycan əvvəlki mövqeyində qalır - münaqişənin sülh yolu ilə nizamlanmasının irəliləməsi üçün Ermənistan qoşunları işğal edilmiş ərazilərdən çıxarılmalıdır. Əgər Ermənistan tərəfi Akvildə dövlət başçılarının bəyanatı ilə təsdiq edilən həmsədrlərin təkliflərini qəbul etdiyini bildirirsə, o zaman sülh sazişinin imzalanmasının vaxtı çatıb. Əgər bu belədirsə, Azərbaycan sazişin mətni üzərində işləməyə hazırdır. Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasına başlanılmalı və bundan sonra digər müddəalar üzrə danışıqlar davam etdirilməlidir", - Məmmədyarov qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti