Azərbaycan, Bakı, 27 mart /Trend, müxbir İ.İzzət/
Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində, Gədəbəy rayonu istiqamətində martın 26-da atəşkəsin pozulması nəticəsində Azərbaycan Ordusunun zabiti yaralanıb.
Müdafiə Nazirlyinin mətbuat xidmətinin rəis müavini, mayor Teymur Abdullayev Trend-ə bildirib ki, mayor Əsgərov Ceyhun başından yaralanıb.
Yaralı zabit hospitala yerləşdirilib və vəziyyəti normal olaraq qiymətləndirilir.
Qeyd edək ki, Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Eldar Sabiroğlu çərşənbə günü Trend-ə açıqlamasında bildirib ki, martın 25-də və 26-da cəbhənin bir neçə istiqamətində atəşkəs rejiminin pozulması intensiv xarakter daşıyıb. Azərbaycan Silahlı Qüvvələri erməni silahlı birləşmələrinin həmlələrinin qarşısını alıb. Hər iki tərəf itki verib.