Azərbaycan, Bakı, 22 iyul /Trend, müxbir İ.İzzət/
Ermənilər işğal altında olan ərazilərimizdə yenidən yanğın törədirlər.
Trend EL TV-yə istinadən xəbər verir ki, Ermənistan hərbi birləşmələri işğal etdikləri Azərbaycan ərazilərində yenidən yanğın törətməyə başlayıb.
İyulun 21-i axşam saatlarından başlayaraq Ağdam rayonunun işğal altındakı Yusifcanlı kəndi ərazisində alov müşahidə edilib. Alov tədricən geniş bir ərazini əhatə edib.
Yanğın səhər saatlarına qədər davam edib.