Azərbaycan, Bakı, 11 sentyabr /Trend /
ABŞ Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması üçün mümkün olan hər şeyi etməkdə davam edəcək. Bu barədə ATƏT-in ABŞ-dan olan yeni həmsədri Ceyms Uorlik Ermənistan XİN rəhbəri Edvard Nalbandyanla görüşü zamanı bildirib. Trend-in məlumatına görə, bu barədə Ermənistanın "Novosti-Armenia" saytı Ermənistan XİN-in mətbuat xidmətinə istinadən xəbər yayıb.
Görüş zamanı tərəflər Dağlıq Qarabağla bağlı danışıqlar prosesinin detallarını müzakirə ediblər.
Nalbandyan Uorliki təyinatla bağlı təbrik edərək vurğulayıb ki, Ermənistan ABŞ və digər həmsədr ölkələrin Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına yönəldilən vasitəçilik səylərini yüksək qiymətləndirir.
XİN rəhbəri böyük diplomatik təcrübə və peşəkar hazırlıq səviyyəsi Uorlikəbu hədəfə çatmaqda yardım edəcəyinə ümidini ifadə edib.
Nalbandyan vurğulayıb ki, Ermənistan Minsk qrupunun təqdim etdiyi vahid tam təşkil edən prinsip və komponentlər əsasında münaqişənin yalnız sülh yolu ilə nizamlanması ilə bağlı ATƏT-in Minsk qrupunun həmsədrləri ilə eyni fikirdədir.