...

Azərbaycan toponimlərin təhrif olunmasına etiraz edir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 30 Sentyabr 2013 17:36 (UTC +04:00)
Azərbaycan "Google Earth" və "Google Map"də Ermənistan tərəfindən işğal olunmuş ərazilərdə Azərbaycana məxsus toponimlərin təhrif olmasına qarşı çıxır və bu axtarış saytlarının rəhbərlərindən səhvlərini düzəltməyi tələb edir.
Azərbaycan toponimlərin təhrif olunmasına etiraz edir

Azərbaycan, Bakı, 30 sentyabr /Trend, müxbir S.Ağayeva/

Azərbaycan "Google Earth" və "Google Map"də Ermənistan tərəfindən işğal olunmuş ərazilərdə Azərbaycana məxsus toponimlərin təhrif olmasına qarşı çıxır və bu axtarış saytlarının rəhbərlərindən səhvlərini düzəltməyi tələb edir.

Trend-in məlumatına görə, bunu bazar ertəsi jurnalistlərə Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Elman Abdullayev deyib.

Azərbaycanın ABŞ-dakı səfirliyinə bu məsələni aydınlaşdırmaq və Azərbaycan tərəfinin mövqeyini bu saytların rəhbərliyinə çatdırmaq tapşırılıb.

E.Abdullayevin sözlərinə görə, Azərbaycan vətəndaşları da belə təhriflərə etiraz etməli və bu axtarış saytlarının rəhbərlərinə müraciət ünvanlayaraq səhvlərin düzəldilməsini tələb etməlidirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti