...

Cəbhənin Qazax, Ağdam, Göygöl və Xocavənd istiqamətlərində atəşkəs pozulub

Ermənistan-Azərbaycan münaqişəsi Materials 30 Aprel 2014 09:24 (UTC +04:00)
Düşmən cavab atəşi ilə susdurulub.
Cəbhənin Qazax, Ağdam, Göygöl və Xocavənd istiqamətlərində atəşkəs pozulub

Azərbaycan, Bakı, 30 aprel /Trend, müxbir İ.İzzət/

Cəbhənin Qazax, Ağdam, Göygöl və Xocavənd istiqamətlərində atəşkəs pozulub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində yerləşən mövqelərimizi atəşə tutublar.

Ağdam rayonunun Baş Qərvənd, Şıxlar kəndləri yaxınlığında, Göygöl və Xocavənd rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Düşmən cavab atəşi ilə susdurulub.

Xəbər lenti

Xəbər lenti