...

Aİ-nin Ermənistandakı nümayəndəliyinin rəhbəri: Dağlıq Qarabağ münaqişəsinin həlli üçün siyasi iradə vacibdir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 21 May 2014 17:18 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 may /Trend/

Avropa İttifaqı həm rəsmi, həm də parlament diplomatiyası səviyyəsində Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün şərait yaratmağa çalışaraq daim səylər göstərib. Bu barədə çərşənbə günü "Avropa İttifaqının genişlənməsinin 10-cu ildönümü" ictimai müzakirələrinin gedişində Aİ-nin Ermənistandakı nümayəndə heyətinin rəhbəri, səfir Trayan Xristea bildirib. Trend-in məlumatına görə, xəbəri "Novosti Armenii-NEWS.am" yayıb.

T.Xristea inanır ki, Dağlıq Qarabağ münaqişəsi ATƏT-in Minsk qrupunun mövcud çərçivələrində həll edilməlidir: "Eyni zamanda, mən etimad atmosferinin yaradılmasını təmin etməyə çalışan Avropa İttifaqı tərəfindən dəstəyi vurğulamaya bilmərəm. Ancaq münaqişənin həlli üçün siyasi iradə lazımdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti