...

ATƏT-in Minsk qrupunun fransalı həmsədri ABŞ-da Dağlıq Qarabağ münaqişəsi üzrə məsləhətləşmələr aparacaq

Ermənistan-Azərbaycan münaqişəsi Materials 17 İyul 2014 16:01 (UTC +04:00)
ATƏT-in Minsk qrupunun fransalı həmsədri Dağlıq Qarabağ münaqişəsi üzrə məsləhətləşmər aparmaq üçün ABŞ-a yollanıb.
ATƏT-in Minsk qrupunun fransalı həmsədri ABŞ-da Dağlıq Qarabağ münaqişəsi üzrə məsləhətləşmələr aparacaq

Azərbaycan, Bakı. 17 iyul / Trend, müxbir Səbinə Əhmədova/

ATƏT-in Minsk qrupunun fransalı həmsədri Pyer Andrö Dağlıq Qarabağ münaqişəsi üzrə məsləhətləşmər aparmaq üçün ABŞ-a yollanıb. Trend-in məlumatına görə, bu barədə ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik öz twitter səhifəsində yazıb.

C.Uorlik twitter səhifəsində yazıb: "ATƏT-in Minsk Qrupunun yeni fransalı həmsədri Pyer Andrönü Dağlıq Qarabağ münaqişəsi üzrə məsləhətləşmələr üçün Dövlət Departamentində görməkdən məmnunam".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti