...

"Türkiyə Azərbaycanı dəstəkləməyə davam edəcək"

Ermənistan-Azərbaycan münaqişəsi Materials 21 Yanvar 2015 18:49 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 yanvar /Trend, müxbir Rufiz Hafizoğlu/

Türkiyə Azərbaycanı dəstəkləyib və dəstəkləməyə də davam edəcək. Trend-in "Beyazgazete"yə istinadən verdiyi məlumata əsasən, bunu Türkiyə parlamentinin spikeri Cəmil Çiçək deyib.

Onun sözlərinə görə, bütün müsəlman ölkələri Dağlıq Qarabağ münaqişəsinə köklənməlidirlər: "Cənubi Qafqazda həll edilməli olan problemlərdən biri Dağlıq Qarabağ münaqişəsidir".

C.Çiçək qeyd edib ki, Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsinə və nəticədə 1 milyondan çox qaçqının olmasına baxmayaraq, dünya ictimaiyyəti bu problemə biganə yanaşır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti