...

Cəmil Çiçək: Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarını azad etməlidir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 15 Aprel 2015 16:20 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 aprel /Trend, müxbir Rufiz Hafizoğlu/

Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarını azad etməlidir. Trend-in "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, bunu Türkiyə Böyük Millət Məclisinin sədri Cəmil Çiçək deyib.

O, qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsində Türkiyənin mövqeyi dəqiq və aydındır: "Türkiyə bütün beynəlxalq konfranslarda Dağlıq Qarabağ münaqişəsini gündəmə gətirir".

Parlament sədri təəssüflə bildirib ki, ATƏT-in Minsk qrupu bu münaqişənin həlli üçün hələ də fəallıq göstərmir: "Dağlıq Qarabağ münaqişəsini həll etmədən Cənubi Qafqazda sülhə nail olmaq qeyri-mümkündür".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti