...

Azərbaycan işğal altında olan ərazilərində istehsal edilən məhsulların Avropaya qeyri-qanuni idxalından narahatdır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 8 May 2015 18:17 (UTC +04:00)
Belçikanın Brüssel şəhərində Avropa İttifaqının (Aİ) "Şərq Tərəfdaşlığı" ölkələrinin ticarət nazirlərinin birinci qeyri-rəsmi görüşü keçirilib.
Azərbaycan işğal altında olan ərazilərində istehsal edilən məhsulların Avropaya qeyri-qanuni idxalından narahatdır

Azərbaycan, Bakı, 8 may /Trend/

Belçikanın Brüssel şəhərində Avropa İttifaqının (Aİ) "Şərq Tərəfdaşlığı" ölkələrinin ticarət nazirlərinin birinci qeyri-rəsmi görüşü keçirilib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, ticarət üzrə Avropa komissarı Sesiliya Malmströmün sədrliyi ilə keçirilən görüşdə Azərbaycan tərəfini xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev təmsil edib.

Tədbirdə "Şərq Tərəfdaşlığı" ölkələri ilə Aİ arasında iqtisadi-ticarət münasibətlərinin inkişaf etdirilməsi perspektivləri müzakirə olunub.

Nazir müavini M.Məmməd-Quliyev tədbirdə çıxış edərək bildirib ki, ölkəmizin dinamik iqtisadi inkişafı davam edir və milli iqtisadiyyatın diversifikasiyası məqsədilə qeyri-neft sektorunun və bu xüsusda ixracyönümlü sahələrin inkişaf etdirilməsi Azərbaycan hökumətinin həyata keçirdiyi iqtisadi islahatların əsasını təşkil edir. Aİ-nin Azərbaycanın əsas ticarət tərəfdaşı olduğunu vurğulayan nazir müavini ikitərəfli ticarət əlaqələrinin genişləndirilməsi üçün geniş potensialın mövcud olduğunu qeyd edib.

Azərbaycanın işğal olunmuş ərazilərində istehsal olunan məhsulların Avropaya qeyri-qanuni şəkildə idxal hallarından narahatlığını ifadə edən M.Məmməd-Quliyev bu halların qarşısının alınması məqsədilə Aİ tərəfindən zəruri tədbirlərin görülməsinin vacibliyini xüsusilə vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti