Bakı. Elmira Tariverdiyeva - Trend:
AŞ PA-nın "Azərbaycanın sərhədyanı bölgələrinin sakinlərinin qəsdən sudan məhrum edilməsi" adlı məruzə əsasında qətnamə qəbul etməsi Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli prosesinə müsbət təsir edə bilər.
Bunu Trend-ə fransalı senator Natali Qule deyib.
O bildirib ki, bu, kimin təcavüzkar olduğunu göstərir: "Ermənistan tarixi və beynəlxalq hüquq baxımından qeyri-düzgün mövqe tutur. AŞ PA-nın Azərbaycanın xeyrinə qəbul etdiyi qətnamə həlledici əhəmiyyətə malikdir, çünki bu, Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş əraziləri üzərində tarixi və hüquqi haqqının beynəlxalq aləmdə tanınmasına doğru addımdır".