...

"Eurovision" Dağlıq Qarabağdakı separatçı rejimin "bayrağı"nın nümayişi məsələsini öyrənir (ÖZƏL)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 11 May 2016 17:40 (UTC +04:00)
"Eurovision" illik beynəlxalq mahnı müsabiqəsinin Təşkilat Komitəsi "Eurovision-2016" müsabiqəsinin canlı efirində Dağlıq Qarabağdakı separatçı rejimin "bayrağı"nın nümayiş etdirilməsi ilə bağlı insidenti öyrənir.
"Eurovision" Dağlıq Qarabağdakı separatçı rejimin "bayrağı"nın nümayişi məsələsini öyrənir (ÖZƏL)

Bakı. Anaxanım Hidayətova - Trend:

"Eurovision" illik beynəlxalq mahnı müsabiqəsinin Təşkilat Komitəsi "Eurovision-2016" müsabiqəsinin canlı efirində Dağlıq Qarabağdakı separatçı rejimin "bayrağı"nın nümayiş etdirilməsi ilə bağlı insidenti öyrənir. Bunu Trend-ə "Eurovision"un mətbuat xidmətindən deyiblər.

Mətbuat xidmətindən qeyd ediblər ki, komitə bu fakt üzrə qərarı sonra açıqlayacaq.

Xatırladaq ki, ötən gün "Eurovision-2016" müsabiqəsində Ermənistanı təmsil edən İveta Mukuçyan Dağlıq Qarabağdakı separatçı rejimin "bayrağı"nı nümayiş etdirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti