...

Prezident: Xorvatiya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 24 Oktyabr 2016 18:19 (UTC +04:00)
Xorvatiya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və hesab edir ki, münaqişə sülh yolu ilə həll olunmadır.
Prezident: Xorvatiya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir

Bakı. Trend:

Xorvatiya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və hesab edir ki, münaqişə sülh yolu ilə həll olunmadır.

Trend-in məlumatına görə, bunu Xorvatiya Prezidenti xanım Kolinda Qrabar-Kitaroviç Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə birgə mətbuata bəyanatlarla çıxışında deyib.

Xanım Prezident qeyd edib: "Ortaq marağımızda olan bir çox məsələlər, o cümlədən regional və qlobal təhlükəsizlik məsələləri var. Əlbəttə ki, Avropa İttifaqı, NATO, BMT və digər təşkilatlar kontekstində birgə əməkdaşlığımıza dair məsələlər də mövcuddur. Bizim Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyimiz çox aydındır. Biz Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirik və hesab edirik ki, bu münaqişə sülh və siyasi yolla həll olunmadır. Biz Minsk qrupu prosesini tamamilə dəstəkləyirik. Həmçinin Avropa İttifaqi ilə münasibətlərinizə gəlincə, Strateji Tərəfdaşlıq Razılaşmasının imzalanması və həyata keçirilməsi üçün Xorvatiyanın simasında Sizə hər zaman dəstək olacaq dostunuz var.

Düşünürəm ki, təhlükəsizliklə bağlı yeni çağırışların artdığı və eyni zamanda, iqtisadi, enerji və digər sahələrdə, o cümlədən mədəniyyət, mədəni irs, millətlər və dinlər arasında anlaşma üzrə əməkdaşlıq fürsətlərinin üzə çıxdığı bir vaxtda və bu mənada qlobal təhlükəsizlik üçün perspektivləri münasib səviyyədə saxlamaq məqsədilə həmin razılaşmanın əhəmiyyəti daha da artacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti