...

Aprel döyüşləri ilə bağlı başlanmış cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 27 Yanvar 2017 15:27 (UTC +04:00)
Aprel döyüşləri ilə bağlı başlanmış cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.
Aprel döyüşləri ilə bağlı başlanmış cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir

Bakı. Samir Əli - Trend:

Aprel döyüşləri ilə bağlı başlanmış cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.

Hərbi Prokurorluğun mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bunu qurumun kollegiya iclasında hesabat məruzəsi ilə çıxış edən baş prokurorun müavini – respublika hərbi prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyev deyib.

Hərbi prokuror qeyd edib ki, ötən ilin aprel ayında qanunsuz erməni silahlı birləşmələri atəşkəs rejimini və beynəlxalq hüququn tələblərini kobud şəkildə pozaraq Azərbaycanın cəbhəboyu, həmçinin, təmas xəttinə yaxın olmayan yaşayış məntəqələrini və mülki obyektlərini iriçaplı silahlardan, mina və qumbaraatanlardan, artilleriya qurğularından intensiv atəşə tutublar:

"Ermənistan silahlı qüvvələri tərəfindən milli ədavət və düşmənçilik niyyəti ilə Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının qəsdən öldürülmələri və qəsdən öldürməyə cəhd faktlarına görə Azərbaycan Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.2.4-cü, 29,120.2.7-ci, 29,120.2.12-ci, 120.2.7-ci və 120.2.12-ci maddələri ilə başlanmış cinayət işi üzrə yaradılmış istintaq-əməliyyat qrupunun üzvləri xidməti vəzifələrini gərgin şəraitdə, yüksək peşəkarlıqla yerinə yetirərək qısa müddət ərzində çoxsaylı istintaq hərəkətlərinin icrasını vaxtında təmin ediblər. Hazırda həmin cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti