...

Erməni hüquq müdafiəçisi: "Biz o qədər vəhşiləşmişik ki, kimsə özünü normal aparanda təəccüblənirik" (YENİLƏNİB)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 14 Mart 2017 11:59 (UTC +04:00)
Ermənilərin öz fikirlərini açıq ifadə etmələri üçün onları əvvəlcə 25 il yaşadıqları konslagerlərdən azad etmək lazımdır.
Erməni hüquq müdafiəçisi: "Biz o qədər vəhşiləşmişik ki, kimsə özünü normal aparanda təəccüblənirik" (YENİLƏNİB)

Bakı. Anaxanım Hidayətova - Trend:

Ermənilərin öz fikirlərini açıq ifadə etmələri üçün onları əvvəlcə 25 il yaşadıqları konslagerlərdən azad etmək lazımdır.

Trend-in məlumatına görə, bunu İsveçdə yaşayan erməni hüquq müdafiəçisi Vahe Avetyan Bakıda “Dağlıq Qarabağ münaqişəsi: mənşəyi, sülhməramlılıq və vətəndaş cəmiyyətinin rolu” mövzusunda keçirilən beynəlxalq elmi-praktik konfransda deyib.

V.Avetyan qeyd edib: “2016-cı ildə Bakıda olarkən mən 1992-ci ilin 25-26 fevral tarixlərində erməni silahlı qüvvələrinin Azərbaycanın Xocalı şəhərində dinc əhaliyə qarşı törətdikləri soyqırım qurbanlarının xatirəsini yad etdim. Yəqin ki, bu, Ermənistanda birmənalı qarşılanmadı. Biz o qədər vəhşiləşmişik ki, kimsə özünü normal aparanda təəccüblənirik. Bir çox erməni ictimai xadimləri və sadə insanlar məni dəstəkləyir. Lakin ermənilərin öz fikirlərini açıq ifadə etmələri üçün onları əvvəlcə 25 il yaşadıqları konslagerlərdən azad etmək lazımdır”.

O bildirib ki, Ermənistanda bir sözə görə adamı şikəst edə və öldürə bilərlər: “Mən və bir qrup erməni ictimai xadim 20 ildən çox davam edən münaqişədən sonra ilk dəfə Xocalı qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət etdik. Mənim gəlişimin məqsədi odur ki, Ermənistan prezidenti Serj Sarkisyanın yaratdığı qatil erməni stereotipi yox olsun. Ermənilərin çoxu mənim kimi hiss edir, mənim kimi fikirləşir”.

V.Avetyanın sözlərinə görə, Ermənistanda çoxları başa düşür ki, ölkədəki hakimiyyət bir qrup cinayətkar dəstənin əlinə keçib və heç də hamı Qarabağ münaqişəsi üzrə siyasəti dəstəkləmir: “Deməzdim ki, xalq əvvəldən nə isə istəyirdi, xüsusən də indi. Xalqın fikrini manipulyasiya etmək üçün kütləvi təşviqat və təbliğatın bütün texnologiyalarından istifadə edilmişdir. Demək olar ki, hamı sülh istəyir. Sadəcə onu bilmirəm ki, buna necə nail olmaq olar? Biz bütün insan münasibətlərini addım-addım bərpa etməliyik. Proses başladı. İrəli gedək”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti