...

Leyla Abdullayeva: Xocalı soyqırımı nəticəsində Azərbaycan vətəndaşlarına 170 milyon dollardan çox maddi zərər dəyib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 25 Fevral 2019 16:10 (UTC +04:00)
Xocalı soyqırımı nəticəsində Azərbaycan vətəndaşlarına 170 milyon dollardan çox maddi zərər dəyib
Leyla Abdullayeva: Xocalı soyqırımı nəticəsində Azərbaycan vətəndaşlarına 170 milyon dollardan çox maddi zərər dəyib

Bakı. Ləman Zeynalova - Trend:

Xocalı soyqırımı nəticəsində Azərbaycan vətəndaşlarına 170 milyon dollardan çox maddi zərər dəyib.

Trend-in məlumatına görə, bu barədə Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar keçirilmiş mətbuat konfransında Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva XİN və Hərbi Prokurorluğun birgə bəyanatını səsləndirərkən deyib.

XİN rsəmisi bildirib ki, beynəlxalq ictimaiyyət BMT qətnamələri və digər sənədlər vasitəsilə həmin hadisələri pisləyib.

L.Abdullayevanın sözlərinə görə, Ermənistanın əvvəlki rejiminin bəzi nümayəndələri, eləcə də Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qanunsuz rejimin nümayəndələri Azərbaycan torpaqlarının işğalı prosesində, eləcə də Xocalı soyqırımının törədilməsində birbaşa iştirak edib.

Hərbi Prokurorluğun Xüsusi İstintaq Şöbəsinin rəisi Emil Tağıyev öz növbəsində bildirib ki, hazırda Dağlıq Qarabağda törədilmiş cinayətlərin iştirakçısı olan 305 nəfərin məsuliyyətə cəlb olunması ilə bağlı iş aparılır. Onlardan 39 nəfəri Xocalı soyqırımının törədilməsində iştirak edib.

O bildirib ki, sənədlər İnterpola göndərilib, amma bu günədək həmin şəxslərdən heç biri Azərbaycana ekstradisiya olunmayıb.

E.Tağıyev əlavə edib ki, Xocalı soyqırımının istintaqı 5 istiqamət üzrə - soyqırım, işgəncə, terror, maddi zərər və ağır cinayətlər maddələri ilə aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti