Bakı. Trend:
Biz Dağlıq Qarabağ münaqişəsinin tərəflərini hərbi əməliyyatları dayandırmağa çağırırıq.
Trend-in məlumatına görə, bunu NATO-nun baş katibi Yens Stoltenberq Ankarada Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu ilə birgə mətbuat konfransında deyib.
O bildirib ki, Dağlıq Qarabağdakı vəziyyət hamını narahat edir:
“Biz hadisələri diqqətə izləyirik. Əlbəttə, hərbi əməliyyatlar infrastruktura da ciddi təsir göstərir. Biz görürük ki, bu cür toqquşmalar vaxt keçdikcə daha da genişlənir. Biz tərəfləri hərbi əməliyyatları dayandırmağa və danışıqlar masasına oturmağa çağırırıq”.