...

Harada olmasından asılı olmayaraq hər bir azərbaycanlı bu günü bayram kimi qeyd edir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 10 Noyabr 2020 14:50 (UTC +04:00)
Harada olmasından asılı olmayaraq hər bir azərbaycanlı bu günü bayram kimi qeyd edir

Bakı. Elçin Mehdiyev - Trend:

Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusu 30 il işğal altında qalan torpaqlarımızı azad etdi. Bu günü hər bir bölgədə, dünyada harada olmasından asılı olmayaraq hər bir azərbaycanlı bayram kimi qeyd edir.

Trend-in məlumatına görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı "Müasir dünyanın problemləri: nifrətə çağırış, terror, ekstremizm, islamofobiya və Ermənistanın Azərbaycana qarşı təcavüzü" mövzusunda beynəlxalq konfransda deyib.

M.Qurbanlı bildirib ki, Ermənistan tərəfi Azərbaycanın çağırışlarına, beynəlxalq təşkilatların çağırışlarına, BMT-nin qətnamələrinə məhəl qoymadı, lakin Azərbaycan ordusu öz gücü ilə torpaqları işaldan azad etdi.

M.Qurbanlı Azərbaycana göstərdiyi dəstəyə görə İslam Əməkdaşlıq Təşkilatına (İƏT) təşəkkürünü bildirib:

"İƏT 51 ildir mövcuddur, onlar islam dünyasını birləşdirmək üçün çox böyük işlər görüb. İƏT Ermənistanın Azərbaycana təcavüzü məsələsində hər zaman yanımızda olub. İƏT-in Azərbaycanın ərazi bütövlüyü ilə bağlı qəbul etdiyi qərar və qətnamələr hüquqi baza rolunu oynayıb.

Sonuncu mücadiləmizdə də dəstəyini əsirgəmədi, eyni zamanda Türkiyə, Pakistan, İranın, Qoşulmama Hərəkatının dəstəyini qeyd etmək istəyirəm. Ümumilikdə bütün islam ölkələri bizə dəstək göstərib".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti