...

Yerevanda ATƏT-in Minsk Qrupu həmsədr ölkələrinin birgə bəyanatı dərc olunub

Ermənistan-Azərbaycan münaqişəsi Materials 25 May 2006 19:28 (UTC +04:00)

Bu gün Yerevanda Rusiyanın xarici işlər nazirinin müavini Qriqori Karasin, ABŞ dövlət katibinin köməkçisi Deniel Frid və Fransanın XİN-nin müşaviri Pyer Morel ATƏT-in Minsk Qrupu həmsədrlərinin təmsil etdikləri ölkələrin Ermənistana səfərlərinin yekunu ilə bağlı birgə bəyanat imzalayıblar.

Mediamaks agentliyinin verdiyi məlumata görə, bəyanatda bildirilir: "Biz, Rusiya Federasiyasının, Birləşmiş Ştatların və Fransanın xarici siyasət idarələrinin rəhbərlərinin müavinləri, ATƏT-in Minsk Qrupunun həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi ilə birlikdə diplomatik missiya ilə birgə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına yardım etmək məqsədilə Yerevana gəlmişik. Çünki hər iki tərəf üçün nizamlanmanın əsas prinsipləri əsasında razılığa gəlmələrinin vaxtı çatıb",- deyə bəyanatda bildirilir.

Qeyd edək ki, bu mətn praktiki olaraq ATƏT-in Minsk Qrupu həmsədrlərinin təmsil etdikləri ölkələrin Bakıda açıqladıqları mətnlə tam uyğundur.

Xəbər lenti

Xəbər lenti