...

Siyasi Araşdırmalar Mərkəzinin direktoru: Rusiya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 11 İyul 2006 17:48 (UTC +04:00)

Rusiya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Bu barədə, Trend agentliyinin məlumatına əsasən, Siyasi Araşdırmalar Mərkəzinin direktoru Vladimir Orlov Sank-Pererburqda keçiriləcək "böyük səkkizliyin" zirvə görüşü ilə bağlı Rusiyanın gözləmələrinə dair mətbuat konfransında bəyan edib.

Trend in xüsusi müxbirinin sualına cavab verən V.Orlov vurğulayıb: "Açıq demək lazımdır ki, "böyük səkkizlik" liderlərinin energetika təhlükəsizliyinə nisbətdə separatçılıq məsələlərinin müzakirəsi üçün az vaxtları olacaq, halbuki separatçılıq - aktual problemdir. Bundan əlavə, separatçılıq məsələsini Kosovo ətrafında baş verən hadisələrin müstəvisində qaldırmaq çətin olacaq. Rusiyanın mövqeyinə gəldikdə, bu aydın və anlaşıqlıdır. Bu mövqe hər hansı bir doqmadan deyil, hər bir konkret vəziyyətdən irəli gəlir. Rusiya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir" - deyə o vurğulayıb.

Abxaziyadakı vəziyyətə cəldikdə, V.Orlovun fikrincə, bu xüsusi diqqət tələb edir və əgər biz Kosovo üçün müstəqillik imkanından danışırıqsa, niyə Abxaziyanın statusunun dəyişdirilməsi haqqında danışa bilmərik. Lakin bu suallar daha çox G8-ə deyil, ekspertlərə aiddir və bu, Balkanlar, Moldova və Cənubi Qafqızdakı vəziyyətdən asılı olacaq.

Qarşıdakı zirvə görüşünün tematikasına toxunan Rusiya politoloqu diqqət mərkəzində energetika təhlükəsizliyi, qlobal tərəfdaşlıq və İranın nüvə prooqramı ətrafındakı vəziyyətin olacağını düşündüyünü deyib.

Xəbər lenti

Xəbər lenti