...

UNHCR-ın Azərbaycandakı rəhbəri qaçqınlar haqqında qanunvericiliyə dəyişiklik edilməsi arzusundadır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 13 İyul 2007 17:44 (UTC +04:00)
UNHCR-ın Azərbaycandakı rəhbəri qaçqınlar haqqında qanunvericiliyə dəyişiklik edilməsi arzusundadır

Azərbaycan, Bakı /müx Trend S.Məmmədli /BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Vilyam Toll ilə eksklüziv müsahibə:

- Beynəlxalq təşkilatların, xüsusilə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycana göstərdiyi humanitar yardımın həcmi nə qədərədir? Bu göstərici ötən illərlə müüqayisədə dəyişibmi?

- Beynəlxalq təşkilatlar tərəfindən Azərbaycana göstərilən humanitar yardımın dəqiq həcmi barədə məndə məlumat yoxdur. Bu barədə ətrafli məlumata Azərbaycan baş nazirinini müavini Əli Həsənovun başçılıq etdiyi qaçqınlar və məcburi köçkünlər üzrə dövlət komitəsi malikdir.

Məsələ ondadır ki, Azərbaycana humanitar yardım göstərilməsində Komissarlığın mühüm roluna baxmayaraq bu məsələdə koordinator rolunu dövlət komitəsi daşıyır. Məhz orada beynəlxalq təşkilatlar tərəfindən Azərbacana ayrılan humanitar yardım ilə bağlı bütün məlumat toplanıb.

Sualın ikinci hissəsinə gəldikdə isə, əlbəttə ki, bu yardımın həcmi il-ildən azalır. Bu arada isə Azərbaycan hökuməti tərəfindən qaçqın və məcburi köçkünlərə ayrılan vəsaitlərin həcmi artır.

Azərbaycanın qaçqın və köçkünlərin sayına görə aparıcı yerlərdən birini tutması faktını nəzərə alaraq bu çox vacibdir. Hazırda çadır şəhərciklərinin yerində Azərbaycan hökuməti məcburi köçkünlər üçün evlər tikir və bu, çox müsbət faktdır.

- Qaçqın və köçkünlərin daimi yaşayış yerlərinə qayıtması məsələsi Dağlıq Qarabağ probleminin həlli ilə bağlı sülh danışıqları zamanı Azərbaycanın rəsmiləri tərəfindən daim qaldırılıdığı tədqirdə bu evlərin tikintisinə vəsait qoyulması nə dərəcədə məqsədəuyğundur?

- Bu insanlar artıq 14 ildən çoxdur ki, öz torpaqlarına qayıtmaq arzusundadırlar. Bir faktı da nəzər alaq ki, sülh müqaviləsinin bağlanmasından sonra məcburi köçkünlərin geri qayıtması prosesi bir neçə ilə həyata keçirilə bilər və bu, daha çox vaxt tələb edə bilər. Misal üçün, Biləsuvar rayonunda məskunlaşanlarla söhbət zamanı onlar üçün tikilən yeni evləri xatırladaraq döğma yurdlarına qayıtma prosesini necə təsəvvür etdiklərini soruşduq. Onlar cavab verdilər ki, əlbəttə ki, qayıtmaq istəyirlər, amma burada da evə malik olmaq arzusundadırlar. Azərbaycan hökumətinin qaçqın və məcburi köçkünlərin vəziyyətini yaxılaşdırmaq üçün əlindən gələni etməsi ürəkaçan faktdır.

- Ola bilərmi ki, qaçqın və məcburi köçkünlərin hansısa hissəsi geri qayıtmaq istəməsin və ya bu, azad olunmuş rayonlarda yaşayış şəraitindən asılı olacaqmı?

- Bu, çox vacib məqamdır. Geri qayıtma könüllü xarakter daşımaldır və biz bu məsələ ilə bağlı Azərbaycan hökuməti ilə danışıqlar aprarıq. Həm Komissarlıq, həm də beynəlxalq təşkilatlar qaçqın və məcburi köçkünlərin geri qayıtması zamanı könüllük prinsipinə əməl edilməsini tövsiyə edir və biz Azərbaycan hökuməti ilə əməkdaşlıq etməyə və qayıtma prosesinin normal keçməsi üçün Azərbaycan hökumətinə hər cür yardım göstərməyə hazırıq. Qaçqınların geri qayıtmasının bir neçə forması mövcuddur. Misal üçün, əgər qaçqın və köçkünlərdən kimsə kəndçidirsə və tərəvəz yetişdirmək, qoyun bəsləmək kimi kənd təsərrüfatı işləri ilə məşğul olmağa meyillidirsə, əlbəttə ki, o, doğma kəndinə tezliklə qayıtmaqda maraqlı olacaq. Yaxud digər bir misal, əgər məcburi köçkün artıq Bakıda işə malikdirsə, bu halda onun doğmaları, valideynləri və ailəsi qayıda bilər. Belə bir hal da ola bilər ki, qaçqın Bakıda mənzilə malikdir, amma öz doğma kəndində də bağ evinə sahib olmaq istəyir. Yaxın günlərdə bütün bu detallar Azərbaycan hökuməti ilə müzakirə olunacaq və nəzərə alınacaq.

- Bir qayda olaraq dünyada mövcud olan bütün münaqişə ocaqlarına donor dövlətlər tərəfindən yardım edilir. Bu yardımın ayrılmasının müvəqqəti kriteriyaları mövcuddurmu?

- Bu suala cavab verməzdən əvvəl qeyd etmək istərdim ki, humanitar yardım "siyasi alət"ə çevrilməməlidir. Komissarlıq haqqında danışarkən nəzərinizə çatdırmağı özümə borc bilirəm ki, humanitar yardım göstərilməsi məsələsində başlıca kriteriya əhalinin bu yardıma ehtiyacı olması faktorudur. Təəssüf edirəm ki, bu prinsip donor dövlətlər tərəfindən heç də həmişə nəzərə alınmır. Həmçinin münaqişənin uzunluğu anlayışı da mövcuddur, məsələn, Somalidə olduğu kimi, bu, 20 ildən çox çəkə bilər və burada Komissarlıq humanitar proqramını həyata keçirir. Bu halda donor-dövlətlər yardımın ayrılmasına maraqlarını itirirlər.

- Münqişənin həllindən sonra Azərbaycana humanitar yardım göstərilə bilərmi və yardım hansı formalarda və hansı həcmdə göstəriləcək?

- Qaçqın və Məcburi Köçkünlərlə iş üzrə Dövlət Komitəsi xüsusi proqram üzrərində işləyir və bu proqramda Azərbaycana münaqişənin həllindən sonra humanitar yardımın bütün aspektləri nəzərə alınıb. Komissarlıq öz növbəsində bu proqramın yaradılmasının tədqirəlayiq hal hesab edir və bu məsələ ilə bağlı Azərbaycan hökumətinə lazımi köməyi göstərməyə hazırıdr.

- Komissarlığın bu proqramda rolu nədən ibarətdir?

- Komissarlıq münaqişə zonalarında qaçqınlara yardım göstərilməsində böyük təcrübəyə malikdir.

Lazım olarsa, biz bu təcrübə ilə bölüşməyə hazırıq. Mən vaxtından əvvəl detalları açıqlamaq istəməzdim, amma deyə bilərəm ki, hazırda bir sıra nazirlik və orqanlar səviyyəsində müzakirə olunan təkliflər mövcuddur. Bu, Azərbaycan hökumətinin proqramıdır və bu səbəbədən də mənim detalları açıqlamaq hüququm yoxdur. Komissarlığın vəzifəsi proqramın dəstəklənməsidir və biz bunu etməyə hazırıq.

- Proqramda gələcəkdə Azərbaycana göstəriləcək humanitar yardım barədə dəqiq rəqəmlər göstərilibmi?

- Hələ dəqiq rəqəmlər yoxdur. Ehtimal var ki, gələcəkdə dəqiq rəqəmlər göstərilsin.

- Münaqişənin başlandığı gündən indiyə qədər Azərbaycanda qaçqın və məcburi köçkünlərin sayı 1 million təşkil edir. Onlardan bəziləri artıq işə düzəliblər və mənzilə malikdirlər. Bu statistikada əksini tapıbmı?

- Ermənistandan olan qaçqınlar 250 min təşkil edir və artıq onlar Azərbaycan cəmiyyətinə inteqrasiya olunublar və Azərbaycan vətəndaşlığı əldə ediblər. Ola bilsin hələ çox illər onlar ürəklərində özlərini qaçqın hesab edəcəklər. Amma hüquqi nöqteyi-nəzərdən onlar Azərbaycan vətəndaşları hesab olunurlar və digərləri ilə bərabər bütün hüquqlardan istifadə edirllər.

- Onlar artıq humanitar yardım almırlar, elə deyilmi?

- Bu halda yox.

-Qaçqın statusu hansı şəraitdə verilir?

- Qaçqın statusunun verilməsi 1951-ci il konvensiyası ilə müəyyən edilir. Bu konvensiyaya əsasən, qaçqın statusu öz siyasi əqidəsinə, hər hansı siyasi partiyaya mənsub olmasına, irqinə və ya milliyətinə görə ölkəni tərk etməli olan şəxslərə verilir. Qaçqınlarla və məcburi köçkünlərlə iş üzrə dövlət komitəsində qaçqınlıq statusunun verilməsi ilə məşğul olan departament mövcuddur və qeyd etməliyəm ki, bu departament öz işini yüksək səviyyədə yerinə yetirir. Qaçqın statusu əldə etmək istəyən hər bir kəs hüqüqlarının bərpası məqsədilə Appelyasiya məhkəməsinə müraciət etmək hüququna malikdir.

- Azərbaycana digər ölkələrdən miqrantlar gəlir. Onlar qaçqın statusu ala bilərlərmi və əgər bu mümkündürsə, onlar bunu haradan ala bilərlər, adı çəkilən dövlət komitəsindən və ya Komissarlıqdan?

- Bununla əlaqdar mən çeçen miliyyətindən olan şəxsləri qeyd etmək istərdim. Azərbaycan hökuməti onlara dövlət komitəsinin departamentinə müraciət etməsinə imkan vermədiyindən onların qeydiyyatı ilə

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəliyi məşğul olur. Mən istərdim ki, Azərbaycan qanunvericiliyinə qaçqınlar haqqında dəyişikliklər olunsun, belə ki, əhalinin bu təbəqəsi digərləri kimi qaçqın statusunu əldə etmək üçün dövlət komitəsinə müraciət edə bilsin.

- Nə üçün çeçenlərə dövlət komitəsinə müraciət etməsinə icazə verilmir?

- Səbələr müxtəlif ola bilər. Bir sıra xırda məqamlar mövcuddur. Yaxın zamanlarda biz qaçqınlar haqqında qanuna dəyişikliklər edilməsi ilə bağlı təşəbbüslə çıxış etmək niyyətindəyik. Biz hesab edirik ki, böyük sayda qaçqın və köçkünlərin mövcud olduğu Azərbaycanda əhalinin bu təbəqəsinə dair hüquq normaları və qaydalar təkmil olmalıdır. Bu, Azərbaycanın coğrafi mövqeyi nöqteyi-nəzərindən də vacibdir, çünki buraya Rusiya, İran kimi qonşu ölkələrdən çoxlu sayda miqrantlar gəlir.

- Nə qədər xarici vətəndaş Komissarlığa qaçqınlıq statusunun əldə edilməsi ilə bağlı müraciət edir və bunlar hansı ölkələrdəndir?

- Bunlar əsasən Çeçenistan, Əfqanıstan, İraq və Pakistandan gələn şəxslərdir.

- Məlumdur ki, Azərbaycanda miqrasiya sahəsində yeni struktur olan Dövlət Miqrasiya Xidməti yaradılıb. Bu xidmətin fəaliyyəti sizin başçılıq etdiyiniz ofisin işinə necə təsir göstərəcək?

- Mənim fikrimcə, yeni struktur qaçqın və miqrantların probleminin həllində aktiv rol oynaya bilər. Mən fikirləşirəm ki, Miqrasiya Xidməti öz fəaliyyətini geniş miqyasda həyata keçirməyə başlayandan sonra o, mühüm tərəfdaşlardan birinə çevriləcək.

Xəbər lenti

Xəbər lenti