...

Azərbaycan Müdafiə Nazirliyi: "Ermənistan Silahlı Qüvvələrinin bölmələri Tərtər istiqamətində atəşkəsi pozub"

Ermənistan-Azərbaycan münaqişəsi Materials 16 Avqust 2007 11:48 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend , müxbir K. Zərbalıyeva/ Ermənistan Silahlı Qüvvələrinin bölmələri Tərtər istiqamətində atəşkəsi pozub.

Azərbaycan Müdafiə Nazirliyindən cümə axşamı verilən məlumata görə, Ermənistan Silahlı Qüvvələri avqustun 15-də saat 23.10-dan 23.50-dək Tərtər rayonunun Göyarx kəndinin 0,3 km şimalında yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub.

Cavab atəşi ilə düşmən susdurulub. İtki yoxdur.

Xəbər lenti

Xəbər lenti