...

"İran-Azərbaycan" marşrutu üzrə qaçaqmalçılıq yolu ilə narkotika daşıyan iki qrup zərərsizləşdirilib

Siyasət Materials 18 Sentyabr 2007 16:34 (UTC +04:00)

Azərbaysan, Bakı / Trend , müxbir K. Zərbalıyeva/ "İran-Azərbaycan" marşrutu üzrə qaçaqmalçılıq yolu ilə narkotika daşıyan iki qrup zərərsizləşdirilib.

Milli Təhlükəsizlik Nazirliyinin İctimai Əlaqələr Mərkəzinin çərşənbə axşamı yaydığı məlumtda bildirilir ki, həmin qrupdan 54 kiloqrama yaxın narkotik vasitə aşkarlanaraq götürülüb.

Bu il sentyabrın 9-da Cəlilabad rayon sakinləri Nurəddin Camalov, Samir Bağırov, Eldar Bünyadov, Rəşad Xəlilov və Bakı şəhər sakini Ramiz Məmmədov saxlanılıb və onlardan 4 kiloqrama yaxın heroin götürülüb.

İstintaqla müəyyən olunub ki, həmin şəxslər və adları istintaqa məlum olmayan İran vətəndaşları qabaqcadan əlbir olaraq, narkotikləri satış məqsədilə, qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana keçirmək barədə razılığa gəliblər.

Camalov İran vətəndaşına sifariş etdiyi 4 kq heroini qaçaqmalçılıq yolu ilə Azərbaycana gətirilməsinə kömək göstərilməsi üçün, Samir Bağırova müraciət edib. Bağırov narkotik vasitəni qəbul etməyi Eldar Bünyadova tapşırıb. Bünyadov sentyabqrın 6-da narkotikanı Azərbaycana keçirən İran vətəndaşından qəbul edib. Əldə olunmuş razılığa əsasən, Bünyadov sonradan Rəşad Xəlilovun vasitəsilə Ramiz Məmmədova satılması nəzərdə tutulan narkotikanı sentyabrın 9-da Nurəddin Camalovun evinə gətirib və ona təhvil verilib.

Həmin gün Camalovun Cəlilabad şəhərində yerləşən evinə baxış keçirilərkən heroin aşkar edilərək götürülüb.

MTN-in keçirdiyi digər əməliyyat zamanı Lənkəran rayon sakini Həsənağa Babaşov, Neftçala rayon sakini Vidadi İbişov, Masallı rayon sakini Cavid Əmənov saxlanılıb və onlardan 50 kq həşiş götürülüb.

Bu şəxslərin əldə etdiyi razılaşmaya əsasən, Babaşovun sifarişi ilə İran vətəndaşları bu il sentyabrın 13-də Xəzər dənizi ilə motorlu qayıqda 50 kiloqrama yaxın həşişi Azərbaycanın gömrük sərhədində gömrük nəzarətindən kənar keçirərək, Azərbaycanın ərazi sularına gətirib və "Kurkasa" adası yaxınlığında Cavid Əmənova verib.

Sentyabrın 13-də MTN əməkdaşlarının İbişovun evinə keçirdiyi baxış zamanı 50 kq həşiş aşkar edilərək götürülüb.

Hər iki faktla bağlı MTN-in İstintaq Baş İdarəsində Cinayət Məcəlləsinin 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən narkotik vasitələrin qaçaqmalçılığı), 234.4.1 və 234.4.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə cinayət işi başlanılıb. Adları çəkilən şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Xəbər lenti

Xəbər lenti