...

"The Financial Times" qəzetinin icmalçısı: "Müşərrəf ABŞ-ı əmin etməlidir ki, o, demokratiyanı inkişaf etdirir"

Siyasət Materials 9 Noyabr 2007 15:15 (UTC +04:00)
"The Financial Times" qəzetinin icmalçısı:  "Müşərrəf ABŞ-ı əmin etməlidir ki, o, demokratiyanı inkişaf etdirir"

Böyük Britaniya, London / Trend müxbir G.Əhmədova / "Hakimiyyətdə qalmaq üçün Pakistan prezidenti Pərviz Müşərrəf "çox çətin bir tapşırığın öhdəsindən gəlməli", məhkəmə orqanları ilə münasibətləri qaydasına salmalı və ABŞ-ı əmin etməlidir ki, Pakistan demokratiya yolu ilə irəliləyir" - deyə Böyük Britaniyanın "The Financial Times" qəzetinin icmalçısı Qideon Raçman Trend ə müsahibəsində bildirib.

"Mən hesab edirəm ki, Amerika daha çox Müşərrəfə üstünlük (müxalifət lideri ilə müqayisədə) verir" - deyə icmalçı qeyd edib. "O Müşərrəfə ki, onun demokratiya istiqamətində irəlilədiyini demək mümkün olsun. Müşərrəf ölkəni demokratiyaya doğru istiqamətləndirə bilmədiyi təqdirdə prezident Buşun hansı tədbirlər görəcəyini təsəvvür etmək çətindir" - deyə Raçman cümə günü verdiyi müsahibəsində bildirib.

"Mən hesab edirəm ki, onlar özləri də (ABŞ) bu təqdirdə nə tədbir görəcəklərini bilmirlər. Onlar ordunun Müşərrəfə qarşı çevrilə biləcəyinin əlamatlərini izləməkdədirlər. Müşərrəf fövqəladə vəziyyəti mütləq ləğv etməli, mətbuat azadlığını bərpa etməli və məhkəmə orqanları ilə sülhə nail olmalıdır. Sonuncu onun üçün çox çətin olacaq" - deyə o qeyd edib.

Raçman məhkəmə orqanları ilə münasibətlərin qaydaya salınması üsulunu açıqlamayıb, lakin bildirib ki, "prezident daha çox işlər görməli, yalnız Konstitusiyaya uyğun olaraq addım atdığını bəyan etməməlidir". Raçman hesab edir ki, ölkənin Ali Məhkəməsinin işini bərpa edilməsi problemi məşhur müxalifət lideri Bənazir Bhuttonun ölkədə olmasından daha mühüm bir problemdir.

Müşərrəf Konstitusiyanın fəaliyyətini və məhkəmə orqanlarının işini dayandırmaqla noyabrın 3-də fövqəladə vəziyyət elan edib. Müşərrəf, prezidentin eyni zamanda silahlı qüvvələrin baş komandanı olması səbəbindən ölkənin prezidenti vəzifəsinə yenidən seçilməsini uzunmüddət təsdiq etməyən Ali Məhkəməni buraxıb. Ölkədə müstəqil KİV-in fəaliyyəti dayandırılıb, paytaxta və iri şəhərlərə hərbi qüvvələr yeridilib, müxalifət nümayəndələrinin kütləvi nümayişləri davam etməkdədir. "Associated Press"in verdiyi məlumata görə, etiraz mitinqlərinin qarşısını almaq məqsədilə 5 minə yaxın nümayişçi həbs olunub.

Çərşənbə günü Müşərrəf və ABŞ prezidenti Buş arasında telefon danışığı baş tutub. Britaniya KİV-nin verdiyi məlumata əsasən telefon danışığı zamanı Buş Müşərrəfi ölkənin demokratik inkişaf yolundan imtina etməməyə çağırıb. Telefon danışığından sonra Müşərrəf bəyan edib ki, Pakistan parlamentinə seçkilər 2008-ci ilin fevralından gec olmayaraq keçiriləcək. Əvvəllər isə seçkilər 2008-ci ilin yanvar ayına təyin olunmuşdu.

Fövqəladə vəziyyətin nə zaman ləğv olunacağı hələ məlum deyil. Pakistanın baş prokuroru Malik Məhəmməd Kayumanın məlumatına görə, fövqəladə hal bir və ya iki ay davam edəcək.

Müşərrəfin qələbə çaldığı prezident seçkiləri 2007-ci il oktyabrın 6-da baş tutub. Buraxılmasına qədər Ali Məhkəmə prezidentin seçilməsinin qanuniliyini təsdiq etməkdən imtina edib və Müşərrəfin siyasi rəqiblərinin iddialarına baxıb. Müşərrəfin rəqibləri hesab edir ki, prezidentin seçkilərdə iştirakı qanunsuz olub, belə ki, o, eyni zamanda həm prezident, həm də ordu başçısı vəzifəsini icra edir.

Xəbər lenti

Xəbər lenti