...

Bərdə rayonuna təbii qazın verilməsi dayandırılıb

Siyasət Materials 25 Noyabr 2007 16:24 (UTC +04:00)

Azərbaycan, Bərdə / Trend müxbir Ş.Cəliloğlu/ Noyabrın 25-də səhər saat 07.00-dən etibarən Bərdə rayonuna təbii qazın verilməsi dayandırılıb. Rayon Qaz İstismar İdarəsinin rəisi Ramiz Adıgözəlovun Trend ə verdiyi məlumata görə, buna səbəb şəhərin mərkəzi küçələrində və rayonun 21 kəndində qaz xətlərinin çəkilməsidir.

"Azəriqaz" şəhərin mərkəzi küçələrinin təbii qazla təmin edilməsi məqsədilə 800 metr boru verib. Bərdə şəhərinin 60 faizi qaz boruları ilə təchiz edilib. Yerdə qalan hissəsi və rayonun 21 kəndi isə 2008-ci ilin I rübünün sonunadək qazla təmin ediləcək. Bu müddətədək bütün təmir-bərpa işlərinin yekunlaşdırılması planlaşdırılır.

Noyabrın 28-də Bərdə rayonuna təbii qazın verilməsi bərpa ediləcək.

Xəbər lenti

Xəbər lenti