...

Bakı şəhər Baş prokurorun birinci müavini təyin edilib

Siyasət Materials 31 Dekabr 2007 13:03 (UTC +04:00)
Bakı şəhər Baş prokurorun birinci müavini təyin edilib

Azərbaycan, Bakı / Trend müxbir K.Zərbalıyeva/ Bakı şəhər Baş prokurorun birinci müavini təyin edilib. Şəhər prokurorluğundan Trend agentliyinə bazar ertəsi verilən məlumata görə baş prokuror Zakir Qaralovun əmri ilə Fazil Həsənəliyev Bakı şəhər prokurorun birinci müavini təyin edilib.

Bundan əvvəl Fazil Həsənəliyev Bakı şəhər prokurorluğunda İstintaq İdarəsinin rəisi vəzifəsində işləyib.

Bakı şəhər prokurorun əvvəlki birinci müavini Hafiz Babayev bir neçə ay öncə vəzifəsindən azad edilmişdir.

Xəbər lenti

Xəbər lenti