...

Azərbaycanda seçki kampaniyası müddətinin azaldılması mümkün deyil - Milli Məclis Aparatının rəhbəri

Siyasət Materials 30 Yanvar 2008 17:59 (UTC +04:00)

Azərbaycan, Bakı 30 yanvar / Trend müxbir İ.Əlizadə/ Azərbaycanda seçki kampaniyası müddətinin azaldılması mümkün deyil. "Azərbaycanda seçkilərlə bağlı nəzərdə tutulan məsələləri həyata keçirmək üçün dörd ay vaxt tələb olunur", -deyə çərşənbə günü keçirdiyi mətbuat konfransında Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev bildirib.

Hazırda qüvvədə olan Seçki Məcəlləsinə görə, Azərbaycanda seçki kampaniyası dörd ay müddətinə aparılır. Hakim Yeni Azərbaycan Partiyası (YAP) bu, müddətin iki aya qədər azaldılmasını təklif edir və bununla bağlı təkliflərini beynəlxalq təşkilatlara təqdim edib.

Mirzəyev qeyd edib ki, yalnız fövqaləda seçkilər zamanı kampaniya üçün iki ay müddət ayrıla bələr: "Normal seçkilər üçün isə, Seçki Məcəlləsində göstərilən müddətin olması vacibdir".

Aparat rəhbəri bildirib ki, seçki kampaniyası üçün ayrılan müddət müəyyənləşdirilərkən, elmi nəzəriyyələrə əsaslanıblar. İrəli sürülən təkliflər də elmi nəzəriyyələrə əsaslanmalı və reallığa uyğun olmalıdır.

Xəbər lenti

Xəbər lenti