...

Azərbaycan və Türkmənistan Xəzərin statusunu müzakirə edəcəklər

Siyasət Materials 5 Fevral 2008 18:13 (UTC +04:00)
Azərbaycan və Türkmənistan Xəzərin statusunu müzakirə edəcəklər

Azərbaycan, Bakı, 05 fevral/ Trend , müxbir E.Hüseynov/ Azərbaycan və Türkmənistanın Xəzərin statusunun müəyyənləşdirilməsi üzrə işçi qrupları fevralın 6 -10-da Bakıda məsləhətləşmələr keçirəcəklər. Xarici işlər naziri Xoşqeldi Babayevin başçılığı ilə türkmən nümayəndə heyəti fevralın altısı gecəsində Bakıya gələcək. Bu barədə Trend-ə çərşənbə axşamı, Azərbaycanın Türkmənistandakı səfirliyindən məlumat veriblər.

Səfirlikdən çərşənbə günü Bakıda xarici işlər naziriliyinin müavini, Xəzər probelmi üzrə prezidentin xüsusi nümayəndəsi Xələf Xələfovun başçılığı etdiyi Azərbaycan tərəfi ilə məsləhətləşmələrin başlayacağını bildiriblər.

Xəzər problemi üzrə iki ölkənin işçi qrupları arasındakı məsləhətləşmələr 90-cı illərdə, Azərbaycan və Türkmənistan arasında siyasi münasibətlərin soyuduğu dövrdə dayanıb. Türkmənistanda yeni prezident seçildikdən sonra iki ölkənin münasibətləri yenidən bərpa edilib. Ötən ilin noyabrında Xələfov bu dövr ərzində ilk dəfə olaraq Aşqabada səfər edib və ikitərəfli münasibətlərin inkişafını müzakirə edib.

Xəzər dənizinin hüquqi statusunun müəyyənləşdirilməsi haqqında məsələ SSRİ-nin dağılmasından sonra yaranıb. 1991-ci ilədək status iki sahilyanı dövlət - İran və Sovet İttifaqı arasındakı müqavilələrlə müəyyən edilib. 1998-ci ilin iyulunda Qazaxıstan və Rusiya Xəzər dənizinin Şimal hissəsinin dibinin təbii ehtiyatlardan suveren hüquqlar əsasında istifadə etmək üçün bölünməsi haqqında müqavilə, 2002-ci ilin mayında isə, bu Müqaviləyə protokol imzalayıblar. Analoji razılaşmanı 2001-ci ilin noyabrında və 2003-cü ilin fevralında Qazaxıstan və Azərbaycan imzalayıblar.

Xəzəryanı dövlətlər 2003-cü ildə Xəzər dənizinin dəniz mühitinin mühafizəsi üzrə Çərçivə Konvensiyası imzalayıblar.

2003-cü ilin mayında Qazaxıstan, Azərbaycan və Rusiya arasında Xəzər dənizinin sərhəd xətlərinin kəsişmə nöqtəsi haqqında razılaşma imzalanıb.

Hazırda Xəzərin statusu üzrə Azərbaycanın sərhədlərə bölünmə zamanı daha çox ərazi tələb edən İranla və mübahisəli dəniz yataqları üzrə Türkmənistanla fikir ayrılıqları var.

Danışıqların yenidən bərpa edilməsi haqqında razılaşma yanvarın 17-də Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfovun Aşqabadda Türkmənistan XİN-in rəhbəri Rəşid Meredovla görüşündə əldə edilib.

Xəbər lenti

Xəbər lenti