...

İsrail Parlamentinin sədr müavini Azərbaycana səfər edəcək

Siyasət Materials 7 Fevral 2008 15:04 (UTC +04:00)

Azərbaycan, Bakı, 07 fevral / Trend , müxbir Q.Cəbiyev/ İsrail Knessetinin (parlament) sədr müavini Amnon Koen yaxın vaxtlarda Azərbaycana səfər edəcək. Bu barədə cümə axşamı Trend ə Azərbaycan-İsrail Parlamentlərarası Dostluq Qrupunun rəhbəri, millət vəkili Yevda

Abramov məlumat verib.

Koenin rəhbərlik etdiyi İsrail Parlamentinin nümayəndələri sonuncu dəfə Azərbaycana ötən il aprelin ortalarında səfər ediblər. Onlar səfər çərçivəsində Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovla görüşüblər.

Abramov deyib ki, nümayəndə heyətinə İsrail-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun üzvləri daxil olacaq və onlar Bakıda Azərbaycan rəsmiləri ilə görüşəcəklər. Millət vəkili Azərbaycan Parlamentinin nümayəndə heyətinin İsrailə səfəri ilə bağlı tarixin hələki dəqiqləşmədiyini deyib.

Xəbər lenti

Xəbər lenti