...

Gəncədə cinayətkar dəstə zərərsizləşdirilib

Siyasət Materials 16 Fevral 2008 13:47 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 fevral / Trend , müxbir E.Hüseynli/ Gəncə şəhərində avtomaşınların hissələrinin oğurluğu ilə məşğul olan dəstə zərərsizləşdirilib. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən şənbə günü Trend ə bildiriblər ki, fevralın 15-də avtomaşınların hissələrinin oğurluğu ilə məşğul olan Gəncə şəhər sakinləri, əvvəllər məhkum olunmuş Osman Həsənov, Seymur Nəbiyev və Nizami Qəhrəmanov tutulublar.

Onların dindirilməsi zamanı müəyyən olunub ki, dəstə üzvləri fevralın 14-nə keçən gecə Gəncə şəhər sakinləri Şahin Hüseynova məxsus "Niva" markalı avtomaşından 1 maqnitofon, Fəxrəddin Rəhimova məxsus "VAZ-2106" markalı avtomaşından 1 akkumlyator, Xalıq Zöhrabova məxsus "QAZ-31029" markalı avtomaşından 1 təkər, Yalçın Abdullayevə məxsus "QAZ-3110" markalı avtomaşından 1 təkər, Sahib Qəhrəmanova məxsus "VAZ-2107" markalı avtomaşından 1 təkər, Heydər Hacıyevə məxsus "M-412" markalı avtomaşından 1 maqnitofon və Fuad Əliyevə məxsus "QAZ-31029" markalı avtomaşından 1 maqnitofon və 1 təkər oğurlayıblar.

Faktla bağlı araşdırma aparılır.

Gəncə paytaxt Bakıdan 365 kilometr qərbdə yerləşir.

Xəbər lenti

Xəbər lenti