...

Ermənistanda keçirilən prezident seçkisində pozuntular olub - Beynəlxalq Böhran Qrupu

Siyasət Materials 25 Fevral 2008 15:29 (UTC +04:00)
Ermənistanda keçirilən prezident seçkisində pozuntular olub - Beynəlxalq Böhran Qrupu

Azərbaycan, Bakı, 25 fevral / Trend , müxbir K.Ramazanova / Ermənistanda keçirilən prezident seçkisində seçki urnalarına saxta bülletenlərin doldurulması ilə bağlı və səslərin hesablanması zamanı pozuntular olub - Beynəlxalq Böhran Qrupunda hesab edirlər.

"MSK və məhkəmənin bütün şikayət və müraciətlərə baxması son dərəcə önəmlidir - bazar ertəsi Beynəlxalq Böhran Qrupunun Avropa proqramları direktoru Sabina Freyzer Brüsseldən telefonla Trend a deyib.

Ermənistanda prezident seçkisi fevralın 19-da keçirilib. Rəsmi məlumatlara əsasən, Ermənistanın baş naziri Serj Sarkisyan Ermənistan prezidenti seçilib. Tomplanan səslərə əsasən, ikinci yerdə olan Ermənistanın eks-prezidenti Levan Ter-Petrosyanın tərəfdarları Yerevanın mərkəzində müddətsiz etiraz aksiyasını davam edirlər. Müxalifət aksiyalarının təşkilatçıları və iştirakçıları MSK-nın elan etdiyi prezident seçkisinin nəticəsinə narazılıqlarını bildirirlər.

Freyzerin sözlərinə görə, seçkilərdə iştirak edən və bilavasitə pozuntularla əlaqəli olan rəsmi şəxslər məsuliyyətə cəlb olunmalıdırlar.

Freyzer həmçinin qeyd edib ki, etiraz aksiyası keçirənlərə dinc nümayişi davam etdirmək üçün icazə verilməlidir.

Xəbər lenti

Xəbər lenti