...

İrandan Azərbaycana qaçaqmalçılıq yolu ilə gətirilən siqaretlər aşkarlanıb

Siyasət Materials 29 Fevral 2008 15:38 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 fevral / Trend , müxbir K.Zərbalıyeva/ Sərhədçilər İrandan Azərbaycana qaçaqmalçılıq yolu ilə gətirilən tütün məmulatları aşkar edib.

Dövlət Sərhəd Xidmətindən cümə günü Trend ə verilən məlumata görə, fevralın 22-də Yardımlı rayonunun Daşkənd kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsindən qaçaq yolla gətirilmiş külli miqdarda tütün məmulatları saxlanılıb.

Qaçaqmalçılar əməliyyat tədbirləri zamanı sərhədçilərin əmrlərinə tabe olmayıb və hadisə yerindən qaçmağa cəhd ediblər.

Tədbirlər zamanı Yardımlı rayonunun Ostair kəndi ərazisində qaçaqmalçıların meşəlikdə gizlətdikləri 15300 qutu "SV Layt", 10850 qutu "Esse" markalı siqaretlər, 292 qutu "Kapitan Blek" markalı tənbəki aşkar olunaraq götürülüb.

Faktla bağlı cinayət işi açılıb.

Xəbər lenti

Xəbər lenti