...

İranda seçkilərin şəffaf keçirilməsi mümkün deyil - İran politoloqları

Siyasət Materials 14 Mart 2008 16:36 (UTC +04:00)

Azərbaycan, Bakı,14 mart / " müxbir D.Xatınoğlu/ İranda Parlament seçkilərində islahatçı namizədlərin yarısının qeydə alınmaması və qeyri - bərabər rəqabət seçkilərin şəffaf keçirilməməsinin göstəricisidir. "İranda seçkilərin şəffaf keçirilməsi mümkün deyil "-deyə, iranlı politoloq Hüseyn Lacəvərdi Trend a bildirib.

Iranda martın 14-də keçirilən parlament seçkilərində 290 yer uğrunda 4500 namizəd mübarizə aparır. İranın rəsmi statistikasına əsasən, ölkədə 44 milyon əhali seçki hüququna malikdir.

İran İslam Hakimiyyətinin 30 illik tarixində azad seçkilər, ümumiyyətlə, müşahidə olunmayıb,- deyə Fransada fəaliyyət göstərən İran Tədqiqatçılar Assosiasiasinın sədri Lacəvərdi çümə günü telefonla Parisdən bildirib. İranda keçirilən ilk seçki 1980 - ci ilin aprelində İranda İslam Respublikası elan edilməsinə dair referundum keçirilib. " Ölkədə18,7 milyon nəfərin seçki hüququ olsa da, hakimiyyət referendumda 22, 5 milyon nəfərin iştirakını bildirmişdi. Sabiq prezident Məhəmməd Xatəminin seçkilərdə qalib gəlməsində də eyni saxtakarlıq olub. 22 milyon seçki hüquqlu vətəndaş olduğu halda, təkcə Xatəmiyə verilən səslərin sayı 21 milyon elan edilmişdi" - deyə Lacəvərdi bildirib. O deyib ki, İran əhalisinin əksəriyyəti seçkilərdə iştirak etməsə də, səs verənlərin statistikasının 100%-dən də artıq göstərilməsi açıq-aşkar saxtakarlıqdır.

İranlı politoloqun fikrincə, səsvermə hüququna malik əhalinin 15 faizdən də az hissəsi parlament

seçkilərində iştirak edəcək.

Londonda fəaliyyət göstərən digər iranli politoloq Əlirza Nurizadə bildirir ki, İran arxivlərində vəfat etmiş altı milyon vətəndaşın şəxsiyyət vəsiqəsi vardır və hakimiyyət seçkilər zamanı onlardan istifadə edir. "İranda keçirilən seçkilər yalnız dünya ictimaiyyətinə göstərilən nümayişdən ibarətdir", - deyə Nurizadə bu gün Trend a telefonla bildirib.

Rəsmi statistikaya əsasən, İranda islahatçıların namizədlərinin yarıdan çoxunun parlament seçkilərində namizədliyi qeydə alınmayıb. İran KİV-nin məlumatına əsasən, islahatçıları təmsil edən İranın sabiq prezidenti Məhəmməd Xatəmi bildirib ki, "Radikal" və "Mühafizəkar" qanadına mənsub olan hazırkı hakimiyyət müxaliflərə "oyun" qurub və bu oyunu pozmaq lazımdır. Xarici və daxili medianın proqnozlarına əsasən, mühafizəkar partiyaların seçkilərdə qələbəsi qətidir.

İslahat tərəfdarı olan Iran politoloqu İsa Səhərxiz Trend a bildirib ki, İranda azad seçkilərin keçirilməsinə heç bir şərait olmadığı üçün, əhalinin əksəriyyəti seçkilərə maraq göstərmir. "İranda tanınmış islahatçı və müstəqil namizədlər qeydə alınmayıblar. İslahatçı və mötədil partiyaların seçkilərdəki namizdləri, ümumiyyətlə, tanınmamış insanlardır və özlərini tanıtdırmağa və təbliğata kifayət qədər vaxt və imkanları olmayıb"-deyə, Səhərxiz bu qün Tehrandan bildirib.

Onun fikrincə, növbəti parlament nümayəndələrinin 50%-nin hakimiyyəti müdafiə edən mühafizəkara mənsub olacağına heç bir şübhə yoxdur. "İslahatçılar, ən azı 20% yerə yiyələnmək üçün çalışırlar və bu da müxtəlif amillərdən asılıdır. Çox nikbin baxsaq, müxalifətdə olan qüvvələrinin cəmi 20 % -i seçkidə qələbə qazanacağı gözlənilir", - deyə, Səhərxiz əlavə edib.

Xəbər lenti

Xəbər lenti