...

Azərbaycanın müxalifət partiyası Məmmədəmin Rəsulzadənin abidəsi önündə aksiya keçirib

Siyasət Materials 28 May 2008 13:32 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 may/ Trend , müxbir E.Babayev/ Azərbaycanın müxalif Müsavat Partiyası bu gün Bakının Novxanı qəsəbəsində Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından olan Məmmədəmin Rəsulzadənin abidəsi önündə aksiya keçirib. Aksiyada 1000-ə yaxın partiya üzvü iştirak edib. Toplantıda Cümhuriyyətin tarixindən söhbət açılıb və Rəsulzadənin Şərqdə ilk demokratik respıblikanın qurulmasında göstərdiyi xidmətlərdən danışılıb.

Trend -un arayışı: Şərqdə ilk demokratik respublika 1918-ci ildə Azərbaycanda yaranıb. 23 ay ərzində mövcud olan Azərbaycan dövləti öz ordusunu, milli valyutasını, bayrağını, gerbini, hökumətini qurub. Xarici qüvvələrin təzyiqindən sonra Azərbaycan dövləti müstəqilliyini itirib. Bu il cümhuriyyətin 90 illik yubileyi dövlət səviyyəsində qeyd olunur.

Aksiya zamanı hər hansı insident baş verməyib,

Müxalifəti təmsil edən Müsavat Partiyası 1992-ci ildə yaradılıb. Partiyanın başqanı İsa Qəmbər Azərbaycan parlamentinin eks-spikeri (1992-93-cü illərdə) və 2003-cü ildə keçirilmiş prezident seçkisində prezidentliyə namizəd olub. Partiya beş nəfər deputatla parlamentdə təmsil olunur.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti