...

Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı Türkiyə ilə münasibətlərinə mənfi təsir göstərir – XİN başçısı

Siyasət Materials 29 May 2008 13:05 (UTC +04:00)
Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı Türkiyə ilə münasibətlərinə mənfi təsir göstərir – XİN başçısı

Türkiyə, Ankara, 29 may / Trend , müxbir A.Ələsgərov/ Azərbaycan ərazilərinin Ermənistan tərəfindən davam edən işğalı Türkiyə-Ermənistan münasibətlərinə mənfi təsir göstərir. Türkiyənin "Hürriyyət" qəzetinin cümə axşamı yazdığına görə, bu barədə Brüsseldə Ankaranın xarici siyasətinə dair məruzə ilə çıxış edən Türkiyənin xarici işlər naziri Əli Babacan bildirib.

Babacan qeyd edib ki, Ankara Ermənistandan "1915-1918-ci illərdə erməni soyqırımı" məsələsi üzrə öz arxivini açmaq və birgə araşdırmalar aparmaq barədə təklifinə cavab almayıb. Nazir bildirib ki, Ankara Ermənistanda, həmçinin Amerikanın Boston şəhərində erməni arxivlərinin açılmasını gözləyir.

Avropa İttifaqının beynəlxalq işlər üzrə Komissiya üzvləri qarşısında çıxış edən Babacan bildirib ki, ATƏT-in Minsk Qrupu çərçivəsində problemlərin həlli yollarının axtarılmasının fəallaşdırılması ilə bağlı müşahidə edilən tendensiya və iyunun əvvəlinə nəzərdə tutulan Azərbaycan və Ermənistan liderlərinin görüşü ümidvericidir.

Xəbər lenti

Xəbər lenti