...

Bakıda Macarıstan ilə Azərbaycan arasında enerji əməkdaşlığı məsələsi müzakirə olunacaq

Siyasət Materials 4 İyul 2008 16:33 (UTC +04:00)
Bakıda Macarıstan ilə Azərbaycan arasında enerji əməkdaşlığı məsələsi müzakirə olunacaq

Azərbaycan, Bakı, 04 iyul / Trend , müxbir E.Əliyev, A.Bədəlova/ Gələn həftə Bakıda Azərbaycan ilə Macarıstan arasında enerji əməkdaşlığı məsələləri müzakirə olunacaq. Azərbaycanın Macarıstandakı səfirliyinin ikinci katibi Zamin Əliyevin Trend a verdiyi məlumata görə, danışıqlar Macarıstan Baş naziri Ferents Dyurçanın iyulun 7-8 -də Azərbaycana səfəri çərçivəsində aparılacaq.

Dyurçan Bakıda "Nabukko" qaz kəmərinin tikinti layihəsinin surətləndirilməsi məsələsini müzakirə etimək niyyətindədir. Bu barədə o, Çinin "Xinhua" agentliyinə müsahibəsində bildirib.

"Macarıstanın əsas prioritetlərindən biri təbii qazın tədarükünə təkcə mövcud olanların deyil, həm də yeni marşrut və regionların cəlb ediləcəyinə əmin olmaqdan ibarədir", - deyə Dyurçan bildirib.

Macarıstanın MOL şirkəti "Nabukko" layihəsinin iştirakçılarından biridir. 2013 -cü ildən 12,4 mlrd. dollar dəyərində olan "Nabukko" qaz kəməri üzrə qazın Azərbaycan və Mərkəzi Asiyadan Aİ ölkələrinə tədarükü nəzərdə tutulur. Layihənin digər iştirakçıları Avstriyanın OMV, Türkiyənin "Botas", Bolqarıstanın "Bulqarqaz", Rumıniyanın "Transqaz" və Almaniyanın RWE şirkətləridir. Hər bir iştirakçı bərabər paya - 16,67 faizə malikdir.

Əliyevin Budapeştdən telefonla verdiyi məlumata görə, Azərbaycan tərəfi ilə görüş zamanı ticari-iqtisadi əməkdaşlıq, kommunikasiya və kənd təsərrüfatı sahələrində əməkdaşlıq üzrə məsələlər müzakirə olunacaq.

Hökumət başçısının görüş proqramı hələ dəqiqləşdirilir.

Məqalə müəllifi ilə əlaqə ünavnı - trend

Xəbər lenti

Xəbər lenti