...

Ermənistan tərəfindən işğal olunan Azərbaycan ərazilərinin bərpası üçün təqribən 62 milyard dollar tələb olunur – Baş nazirin müavini

Siyasət Materials 15 Sentyabr 2008 14:06 (UTC +04:00)
Ermənistan tərəfindən işğal olunan Azərbaycan ərazilərinin bərpası üçün təqribən 62 milyard dollar tələb olunur – Baş nazirin müavini

Azərbaycan, Bakı, 15 sentyabr / Trend , müxbir R.Novruzov/ Azərbaycan məcburi köçkünlərinin doğma yerlərə qaytarılması üzrə Bərpa və Repatriasiya ("Böyük Qayıdış") Proqramı təqribən 62 mlrd. dollar tələb edir. Bu barədə bazar ertəsi jurnalistlərə Azərbaycan Baş nazirinin müavini, Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov bildirib.

Həsənov qeyd edib ki, Azərbaycan hökumətinin beynəlxalq maliyyə strukturları, BMT agentlikləri, beynəlxalq və yerli humanitar təşkilatlarla birgə hazırladığı proqramın həyata keçirilməsi üzrə daha dəqiq məbləğ hələ dəqiqləşdirilir.

Onun sözlərinə görə, proqram işğal olunmuş ərazilərə dəyən ziyanın həcminin dəqiq hesablanmasına və ərazilər işğaldan azad edildikdən sonra bilavasitə bərpa və yenidənqurma işlərinə başlamağa imkan verəcək.

İki Cənubi Qafqaz ölkəsiarasında münaqişə 1988 - ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının 20%-i, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994 -cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri, ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə, hələ ki nəticəsiz, sülh danışıqları aparılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı - trend

Xəbər lenti

Xəbər lenti