...

Azərbaycanın keçmiş müxalifətçi fəalı hakim partiyanın namizədini dəstəkləmək qərarına gəlib

Siyasət Materials 18 Sentyabr 2008 15:17 (UTC +04:00)
Azərbaycanın keçmiş müxalifətçi fəalı hakim partiyanın namizədini dəstəkləmək qərarına gəlib

Azərbaycan, Bakı, 18 sentyabr / Trend , müxbir E.Abbaslı/ Azərbaycanın xalq artisti, müxalif Klassik Xalq Cəbhəsi Partiyası Ali Məclisinin keçmiş üzvü Flora Kərimova prezident seçkisində hakim Yeni Azərbaycan Partiyasının namizədi İlham Əliyevi dəstəkləyəcək.

"Ola bilsin ki, bəzi siyasətçilər mənim mövqeyimi siyasətçi mövqeyi kimi başa düşəcəklər. Mənim vətəndaş mövqeyim var. İlham Əliyev prezidentliyə layiqli namizəddir. Mən respublikaya can yandıran, xüsusilə də xarici siyasətini bəyəndiyim bir insana səs verməyi özümə vətəndaşlıq borcu sayıram", cümə axşamı Trend-News-a Kərimova bildirib.

Trend-News-un arayışı: Xalq artisti Kərimova 2003-cü ildə Müsavat Partiyasının prezidentliyə namizədi İsa Qəmbəri dəstəkləyib. Uzun müddət müxalifətyönlü Klassik Xalq Cəbhəsi Partiyası Ali Məclisinin üzvü olub.

Azərbaycanda prezident seçkisi oktyabrın15-də keçiriləcək. Prezident seçkisində yeddi namizəd - Yeni Azərbaycan Partiyasının (YAP) sədri, hazırki dövlət başçısı İlham Əliyev, müxalif Ümid Pariyasının sədri İqbal Ağazadə, Böyük Quruluş Partiyasının sədri Fazil Qəzənfəroğlu , Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev və müstəqil namizəd Qulamhüseyn Əlibəyli iştirak edəcək. Prezidentliyə namizədlərin təbliğat-təşviqat kampaniyası sentyabrın 17- də başlayıb və 28 gün davam edəcək.

Kərimova deyib ki, İlham Əliyevin ölkəmiz üçün böyük işlər gördüyü danılmaz faktdır. "Prezident hazırda Cənubi Qafqaz uğrunda gedən mübarizədə dövlətimizin döyüş meydanına çevrilməsinin qarşısını dəqiq, mükəmməl siyasəti ilə ala bildi. Onun əsl vətən oğlu olduğunu görürəm. Ona görə də qərara gəlmişəm ki, ona səs verim", - Kərimova qeyd edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti